Araikdən İrəvana son zəng: “Telefonda bizə dedi ki…”
Araik Arutyunyan mənə təzyiq altında “istefa” verdiyini söyləmişdi.
Bunu Ermənistan parlamentinin spikeri ləğv edilmiş qondarma rejimin başçısı Araik Arutyunyanın ötən ilin sentyabrında “istefa”sı ilə bağlı suala cavabında deyib.
“Bir neçə dəfə telefon danışığımız oldu, hətta dedi ki, bir gün oyanıb görəcəksən ki, mən yoxam, mənə çox böyük təzyiqlər var”, – spiker bildirib.
Qondarma qurumun ləğvi ilə bağlı “sənəd”ə gəlincə, Simonyan qeyd edib:
“O vaxt “Dağlıq Qarabağın hakimiyyət orqanları” qərar qəbul etdikdən bir neçə saat sonra bizə zəng etdilər ki, belə bir qərar vermişik. Yəni artıq qəbul olunmuş “qərar” barədə məlumat verdilər.
Bu, müzakirə deyildi, zəng də eləməmişdilər ki, siz nə fikirləşirsiniz, mövqeyiniz necədir, buna münasibətin necədir. Sadəcə dedilər ki. belə bir “qərar” vermişik. Mətndə reallıqla heç bir əlaqəsi olmayan Ermənistana istinad var, biz Ermənistan hökuməti olaraq mətndən çıxmasını tələb etdik”.
Qeyd edək ki, keçmiş separatçı rejim ötən ilin sentyabrın 19-20-də Azərbaycan ordusunun keçirdiyi antiterror tədbirlərindən sonra ləğv edilib.