Zaxarovadan Paşinyana cavab: “Bunun axırı yaxşı olmayacaq”

 

İrəvanda bu yaxınlarda KTMT-nin Ermənistanı tərk etdiyini söylədilər, sonra həmin təşkilatdakı fəaliyyətlərini donduqlarını elan etməyə başladılar. Kimin harada olduğunu anlamaq istərdim.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin KTMT-də iştirakını dondurması ilə bağlı bəyanatını şərh edərkən deyib.

“Hər bir sözün, hər bir ifadənin arxasında təkcə son dərəcə vacib olan məna yox, həm də bir dövlət adamı tərəfindən söylənilibsə, təkcə deyilənə görə deyil, həm də nəticələrinə görə məsuliyyət də olmalıdır.

İrəvan de-yure KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və müvafiq hüquq və öhdəlikləri saxlayır. Ermənistan rəhbərliyi, fikrimizcə, erməni xalqının maraqlarına zidd olan belə əməkdaşlıqdan çıxmaq xəttini dəstəkləyir. Gözləntimiz budur ki, Ermənistan və bütün regionun gələcək təhlükəsizliyinin maraqları naminə KTMT çərçivəsində Ermənistanla tərəfdaşlıq tam bərpa olunacaq.

Söz oyunu yaxşı heç nəyə gətirib çıxarmaya bilər, xüsusən də nəzərə alsaq ki, region kifayət qədər sınaqlarla üzləşib”, – Zaxarova bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password