İlham Əliyev: “Dövlət hər zaman sahibkarların yanında olacaq”

“İlk növbədə, Azərbaycanda müəssisələrin yaradılması məqsədəuyğundur ki, iş yerləri açılsın, yerli istehsal inkişaf etsin, idxaldan asılılıq azalsın, ixracyönümlü məhsullar ortaya çıxsın və bu da ölkəmizə valyuta gətirsin. Bu gün mənə burada stendlərdə göstərilən təqdimatda görürəm ki, doğrudan da şirkətin fəaliyyəti çox genişmiqyaslıdır və yüzlərlə iş yerinin yaradılmasına gətirib çıxarıb, xüsusilə bölgələrdə”.

Aktualinfo.org xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qazax rayon ictimaiyyətinin bir qrupu və əhəng zavodunun kollektivi ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib ki, təkcə yeni əhəng zavodunda 150, ondan sonrakı mərhələdə 250 nəfərin işlərə cəlb edilməsi nəzərdə tutulur və beləliklə, vətəndaşları işlə təmin etmək üçün yaxşı imkanlar var.

“O ki qaldı sizin gələcək planlarınıza, əminəm ki, dövlətin dəstəyi ilə bu planlar həyata keçəcək. Çünki bu zavodların və sizin səmərəli fəaliyyətiniz üçün dövlət öz tərəfindən maliyyə dəstəyi göstərib, güzəştli şərtlərlə kreditlər ayırıb. Amma əlbəttə ki, əsas yükü siz öz üzərinizə götürmüsünüz və bu da təbiidir. Dövlət isə hər zaman sahibkarların yanında olacaq, sahibkarlığın inkişafına bundan sonra da böyük təkan verəcək.

Bu gün ölkəmizdə sərmayə iqlimi çox müsbətdir. Təsadüfi deyil ki, keçən il ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub. Bu il də bu proses davam etdirilir və sərmayənin böyük hissəsi yerli sərmayədir. Bu, onu göstərir ki, yerli şirkətlər artıq ayaqda möhkəm dayana bilir və dövlətin dəstəyi ilə bu işlər davam etdiriləcək. Təkcə Sahibkarlığın İnkişafı Fondunun xətti ilə sahibkarlara 2 milyard manat məbləğində güzəştli kreditlər verilib və bu kreditlərin hesabına on minlərlə yeni iş yeri yaradılıb”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password