Narın 12 faydası: Xərçəngdən qoruyur, təzyiqi aşağı salır…
Dadı və müalicəvi faydaları ilə dünyada getdikcə populyarlaşan narda araşdırmalara görə yaşıl çaydan 3 qat çox antioksidant olduğu ortaya çıxıb.
Tərkibi fol turşusu, kalium, fosfor, dəmir, C vitamini və liflə zəngin olan narın bu təsiri hüceyrələrin yenilənməsini stimullaşdırdığı, orqanizmin müqavimətini artırdığı, immuniteti gücləndirdiyi bəlli olub.
Yüz qram nar bir insanın ehtiyac duyduğu gündəlik C vitamini dozasının təxminən 16 faizini qarşılayır.
Narın ümumilikdə təzəsinə üstünlük verilsə də, onun istehlak formaları çoxdur. Nardan bəkməz, meyvə suyu, çay olaraq da istifadə edilir.
Narın bir sıra faydalarını sadalayaq:
– Toxumdan çıxarılan yağın tərkibindəki maddələr ürək xəstəliklərindən qorunmağa kömək edir.
– Nar şirəsi ekstraktında olan bioaktiv kimyəvi birləşmələr şişin və hüceyrənin anormal yayılmasının qarşısını ala bilir.
– Nar meyvəsindən alınan ekstrakt ağciyər, döş və yoğun bağırsaq xərçənginin aqressiv təsirlərindən qorunmağa kömək edir.
– Xolesterolu balanslaşdırır.
– Qandakı qlükoza səviyyəsini tarazlayaraq diabetin qarşısını almağa kömək edir.
– Təzyiqsalıcı təsirə malikdir.
– Sümükləri qidalandırır və kalsifikasiyanın qarşısını alır.
– İshal əlamətlərini aradan qaldırır.
– Sümük və oynaq iltihablarının qarşısını alır.
– Qaraciyərə qoruyucu təsir göstərir.
– Əzələ ağrılarını aradan qaldırır və ağır məşqdən sonra bədənin bərpasını asanlaşdırır.
– Ağız sağlamlığını qoruyur.