Tramp söz verdi: Prezidentliyin ilk günündə Qəzzada münaqişəni həll edəcək

 

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp bildirib ki, seçkidə qalib gəlsə, vəzifəsinin ilk günündə Fələstin-İsrail münaqişəsini həll edə biləcək.

Bu barədə D.Tramp “X” sosail şəbəkəsində yazıb.

“Ölkəmiz və çox güclü xalqımız [ABŞ Prezidenti] Co Baydenin dövründə təhlükəsiz deyil və [ABŞ vitse-prezidenti] Kamala Harrisin dövründə daha da təhlükəsiz olacaq. Prezident olsaydım, bu dəhşətli hadisə heç vaxt baş verməzdi və Oval Kabinetə qayıtdığım gün dayanacaq”, – deyə o bildirib.

D.Tramp əlavə edib, C.Bayden və K.Harrisin qərarları “nəinki insanların həyatını riskə atır, həm də lazımsız və qarşısı alına bilən ölümlərlə birbaşa bağlıdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password