Hakan Fidandan Azərbaycan həmləsi: Bu dosye ilə Brüsselə gedir

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına dəvət olunub.

Bu barədə Haber7 məlumat yayıb.

“Türkiyə beş ildən sonra ilk dəfə Aİ XİN başçılarının iclasına dəvət edilib. Hakan Fidanın dəvəti qəbul etdiyi və toplantıya gedəcəyi bildirilir. Bu addımın Aİ-nin Ankara ilə dialoqu bərpa etmək cəhdi olduğu qeyd edilir. Hakan Fidan iclas çərçivəsində ölkəsinin prioritetlərini ortaya qoyacaq. Görüş çərçivəsində nazir Fidan Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell, Aİ-nin genişlənmə üzrə komissarı Oliver Varhelyi və Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri ilə Türkiyə-Avropa İttifaqı əlaqələrini müzakirə edəcək, Ukrayna, Yaxın Şərq, Cənubi Qafqaz (Ermənistan-Azərbaycan sülh prosesi – red.) və Mərkəzi Asiya regionu və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparacaqlar. İclasda Aİ-nin davamlı və proqnozlaşdırıla bilən şəkildə münasibətləri gücləndirmək üçün lazımi iradə nümayiş etdirməsi və konkret addımlar atması ilə bağlı gözləntilər çatdırılacaq”, – məlumatda bildirilib.

 

Qeyd edək ki, iclas Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellin sədrliyi ilə avqustun 29-da Brüsseldə keçiriləcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password