Durovun həbsi Fransaya baha başa gəldi: 17 milyard dollarlıq müqavilə donduruldu
“Telegram”ın qurucusu Pavel Durovun həbsi ilə əlaqədar Fransa hökuməti xeyli maliyyə itkisi ilə üzləşib.
Birləşmiş Ərəb Əmirlikləri Pavel Durovun həbsindən qəzəblənərək, 80 ədəd “Rafale” qırıcısının alınması ilə bağlı 17 milyard dollarlıq müqaviləni dondurub.
Qeyd edilir ki, Pavel Durov BƏƏ vətəndaşıdır və baş nazirin müavini Həmdan Əl-Maktumun yaxın dostudur.
Qeyd edək ki, Pavel Durov avqustun 25-də Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.
Maraqlıdır, dünyaya insan hüquqları dərsi keçən Avropa İttifaqı üzv ölkə olan Fransanın bu cür represssiv addımlarına niyə sakit qalır? Aİ hələ də açıqlama verməyib.
Bəs, ABŞ Dövlət Departamenti necə? Azərbaycanda belə hal baş versəydi, artıq bəyanat verməmiş bir Qərb rəsmi dairəsi, institutu qalmamışdı.
Bəli, “Telegram”da bır sıra məqamlar narahatedicidir. Amma insan hüquqları azadlıqlarına hörmət, biznes prinsiplərinə riayət olunması tələbi belə repressiv metodlarla tənzimlənməməlidir. Ən azından Qərb özünün bəyan etdiyi prinsiplərə sadiqlik nümayiş etdirməlidir. Bu olmayınca, ABŞ, Aİ hər hansı bir ölkədə bu və ya digər hadisəyə demokratiya və insan hüquqları kontekstində münasibət bildirməkdə haqsız sayılır.