İran tezliklə özünü nüvə dövləti elan edə bilər?

 

Bu barədə “Fox News” ekspertlərə istinadən yazıb.

“The Heritage Foundation”in xarici və müdafiə siyasəti üzrə vitse-prezidenti Ceyms Karafano bildirib: “Düşünürəm ki, bu, real bir ssenaridir. Əgər mən İranın yerində olsaydım və bunu etmək niyyətində olsaydım, indi edərdim, çünki Bayden heç nə etməyəcək”.

Karafanonun fikrincə, Donald Tramp seçkidə qalib gəlsə belə, Tehranla münaqişəyə girib ilk gündə İranı bombalamaq niyyətində deyil və İran hakimiyyəti bunu anlayır.

“Nüvə silahlarını yerləşdirə bilsələr də, bilməsələr də, fərqi yoxdur. Onlar sadəcə bunu elan edəcəklər və bütün dünya çaşqınlıq içində olacaq. İran deyə bilər ki, “Yaxşı, biz indi özümüzü nüvə dövləti elan edirik və nüvə silahı vasitəsilə özümüzü müdafiə edəcəyik,'” – deyə analitik qeyd edib.

Qeyd edək ki, daha əvvəl İran parlamentinin 12-ci çağırışının deputatı və Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının keçmiş üzvü Əhməd Ərdəstani Tehranın nüvə silahı əldə etdiyini iddia etmişdi.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password