10 saylı seçki dairəsindən deputatlığa namizəd Hümbət Hüseynov seçiciləri ilə görüş keçirib

 

Bildiyimiz kimi Yeni Azərbaycan Partiyası 01 sentyabr 2024-cü il növbədənkənar parlament seçkilərinə yeni “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə gedir və ilk dəfə olaraq bütün 125 seçki dairəsindən öz namizədını təqdim etmişdir. 10 saylı Binnəqədi 3-cü seçki dairəsindən Hümbət Rəhim oğlu Hüseynovun namizədliyi təsdiq edilmiş və artıq seçicilərlə görüşlər keçirilir.

YAP Binəqədi rayon təşkilatının binasında Hümbət Hüseynovla seçicilərin növbəti görüşü keçirilmişdir. Görüş torpaqlarımızın azadlığı uğurunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başladı.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsal İsmayılov, Azərbaycan Texniki Universitetinin prorektoru Sübhan Namazov, deputatlığa namizəd Hümbət Hüseynov və başqaları çıxış etdilər. Çıxış edənlər uzun illərdir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatların respublikamızın sosial-iqtisadi inkişafına, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasına, insanların sosial rifah halının yüksəldilməsinə gətirib çıxıardığını xüsusi qeyd etdilər. Deputatlığa namizəd Hümbət Hüseynov çıxış edərək bildirdi ki, seçiciləcəyi təqdirdə seçiciləri narahat edən bütün problemli məsələlirin Milli Məclisdə qaldıracağına, onların həllinə çalışacağına söz verdi.

Görüş iştirakçıları 01 sentyabr seçkilərində seçiciləri Hümbət müəllimə səs verməyə  çağırdılar!

 

Əli Vəliyəv

Məqaləyə dair fotomateriallar:

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password