Ukrayna bitir, Kreml Qafqaza qayıdır: İlk addım atıldı

 

Görünür, Trampın qələbəsi artıq təmin olunub və bu, Rusiya rəhbərliyinə nəfəs almaq və postsovet məkanında baş verən siyasi proseslərə, xüsusən də Cənubi Qafqaz reallıqlarına baxmaq imkanı verir.

Bu sözləri erməni politoloq Qagik Keryan yerli mediaya müsahibəsində deyib.

“Biz artıq bilirik ki, Tramp Ukraynadakı müharibəni çox tez bitirəcək. Hətta Zelenski də bunu hiss edib və hələ seçkilərdən əvvəl Trampla Ukraynanı hansı aqibətin gözlədiyi ilə bağlı danışıqlar başlayıb. Müharibənin bitəcəyinə şübhəm yoxdur. Təsadüfi deyil ki, elə bu məqamda Rusiya Ermənistan və Azərbaycanı Rusiya platformasında danışıqlara dəvət etdiyini bəyan etdi. Faktiki olaraq indi Kreml yenidən danışıqlar prosesini öz nəzarətinə götürməyə çalışır”, – deyə o bildirib.

Ermənistanın bu təklifə indiyə qədər cavab vermədiyi məsələsinə toxunan Keryan (Azərbaycan XİN təklifi müsbət qarşılayıb və bildirib ki, istənilən platformada danışıqlara hazırdır – red.) qeyd edib ki, İrəvan bununla razılaşmalıdır:

“Çünki Ukrayna müharibəsi başa çatdıqdan sonra bizdə belə bir reallıq olacaq: Rusiya regiona qayıtmağa və öz təsirini bərpa etməyə çalışacaq, Azərbaycan onunla əməkdaşlıq edəcək, Gürcüstan da müəyyən dərəcədə Qərbin təsir zonasını tərk edəcək. Bu vəziyyətdə Ermənistan pis duruma düşəcək. Kağız üzərindəki Qərb çağırışlarına, qətnamələrinə, dəstəyinə və ya maliyyə yardımlarına ümid bəsləməyin mənası yoxdur”.

Politoloqun fikrincə, hazırda Qərb Ermənistanın Rusiyanın təsir zonasına qayıtmasının qarşısını almaq üçün hər şeyi edir:

“Onların bunu bacarıb-bacarmayacağını söyləməkdə çətinlik çəkirəm. Belə bir fikir var ki, Qərblə Rusiya arasında Cənubi Qafqazda “bölücü xətlər”in çəkilməsi ilə bağlı razılıq var. Ehtimal olunur ki, Ermənistan Qərbin təsir zonasına düşüb, lakin mən Putinin strateji planının nə olduğunu bildiyim üçün təbii ki, buna inanmıram”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password