KTMT yenidən formatlanır – Rusiya Ermənistan haqqında qərarını verməyə hazırlaşır

 

“Qazaxıstan və Azərbaycan hərbi kəşfiyyat və müdafiə sahəsində əməkdaşlıq sazişi imzalamağa hazırlaşır. Bu barədə Azərbaycan mətbuatı məlumat yayıb. Mənbənin sözlərinə görə, bu, tərəflərin terror və ekstremist təşkilatlarla bağlı hərbi kəşfiyyat məlumatlarının mübadiləsini nəzərdə tutur”.

Bu fikirlər yerli erməni mediasının analitik yazılarından götürülüb. Həmin yazıların birində deyilir:

“Birgə protokol müdafiə nazirlikləri arasında əməkdaşlığı da nəzərdə tutur. Bununla əlaqədar tərəflər hər biri öz vəsaiti hesabına birgə döyüş hazırlığı tədbirləri keçirməyi öhdələrinə götürürlər. Qazaxıstan bu yaxınlarda “Birlik 2024” təlimini keçirdi. Bu təlimdə Azərbaycanla yanaşı, Özbəkistan, Qırğızıstan və Tacikistan da iştirak edib.

Bakı və Astana arasında hərbi kəşfiyyat məlumatlarının mübadiləsi və birgə döyüş hazırlığı tədbirləri ilə bağlı imzalanacaq sənəd barədə məlumat Moskvada xarici işlər nazirlərinin müavinləri Qruşko və Şerifimov arasında aparılan müzakirələrdən sonra verilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, tərəflər Cənubi Qafqazın və qonşu regionların vəziyyətini müzakirə ediblər.

Moskvada Rusiya-Azərbaycan məsləhətləşmələrinin ertəsi günü Azərbaycan və Özbəkistan prezidentləri arasında telefon danışığının olması son dərəcə diqqətçəkici məqamdır. Təssüf ki, telefon danışığının detalları barədə heç bir məlumat verilmir. Xatırladaq ki,Özbəkistan və Azərbaycan arasında strateji əməkdaşlıq sazişi imzalanıb. Qazaxıstan və Özbəkistan arasında da oxşar saziş var, sadalanan bütün ölkələrin və Qırğızıstanın Türkiyə ilə də strateji əlaqələri var.

Qazaxıstan KTMT-nin üzvüdür və həmin alyansa hərbi kəşfiyyat məlumatları da verir. O sahədə Qazaxıstan-Azərbaycan müqaviləsi əslində Azərbaycanın KTMT-nin hərbi kəşfiyyat sahəsinə daxil olması deməkdir.

Moskvadakı Hərbi-Siyasi Münaqişələr Mərkəzinin direktoru Klintsevç bildirib ki, yaxın vaxtlarda Rusiya Ermənistanla bağlı qərar verəcək. Hərbi kəşfiyyat məlumatlarının mübadiləsi və döyüş hazırlığında qarşılıqlı yardım haqqında Bakı-Astana sazişinin elan edilməsi, deyəsən, həmin proqnozla və ya bəlkə də məlumatların açıqlanması ilə bağlıdır.

Bakı KTMT və Aİİ-yə qoşulmaqda maraqlı olmadığını rəsmən bəyan edib. Orta Asiyanın türk dövlətləri Türkiyə və Azərbaycanla Turan ordusunun rəsmiləşdirilməsi imkanlarını müzakirə edirlər. KTMT-ni bundan sonra nə gözləyir? Həmin strukturun geosiyasi çağırışlara qarşı effektivliyi yetərli deyil.

Problem müvafiq olaraq hərbi resurslar deyil. Bu mənada Rusiya-Türkiyə dünya hərbi-siyasi ittifaqı vəziyyətdən çıxmaq üçün bir fürsət əldə etməyi düşünür. Bu halda KTMT bəlkə də Avrasiya “NATO-su” kimi yenidən formatlaşdırılıb. Amma bu, Türkiyə Şimali Atlantika Alyansından çıxsa baş verəcək. Ərdoğan hələlik fasilə verib. Macarıstan-Avropa İttifaqı ziddiyyətlərinə gəlincə, o, “vaxt gələndə səbirlə silahlanıb birlikdə hərəkət etməliyik” deyir. Macarıstan və Türkiyə irimiqyaslı Avrasiya hərbi-siyasi inteqrasiyasının bir hissəsi olarsa, bu, Rusiya üçün geosiyasi yenilik olacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password