Bayden prezident seçkilərində Kamala Harrisin namizədliyini dəstəkləyib

 

Seçki yarışından geri çəkilən ABŞ Prezidenti Cozef Bayden prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

Bu barədə o, “X” səhifəsindəki paylaşımında bildirib.

“2020-ci il seçkilərində partiyanın namizədi kimi ilk qərarım Kamala Harrisi vitse-prezident seçmək oldu. Bu, verdiyim ən yaxşı qərar idi. Bu gün partiyamızın namizədi olaraq onu tam dəstəklədiyimi bəyan edirəm. Demokratlar, birləşmək və Trampı məğlub etmək vaxtıdır”, – paylaşımda deyilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password