“Paşinyan Əliyevdən vaxt istəyib…” – Ermənistan mətbuatından ilginc iddialar

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı il parlament seçkilərindən sonra Ermənistan Konstitusiyasını dəyişdirməyə başlayacağına “inandıra bilib”.

Bunu Ermənistanın “Hraparak” qəzeti hakim “Vətəndaş Müqaviləsi” partiyasındakı mənbələrinə istinadla yazıb. Məlum olduğu kimi, Azərbaycanın Ermənistanla sülh müqaviləsi bağlamaq üçün əsas şərtlərindən biri bu ölkənin konstitusyasından Azərbaycana qarşı ərazi iddialarının götürülməsidir.

Qəzet iddia edir ki, Paşinyan 2026-cı il parlament seçşkisindən sonra konstitusiyaya dəyişikliyə gedəcək: “Bəlkə də buna görə baş nazir konstitusiya islahatları komissiyasına 2026-cı ilin dekabrında parlamentə keçiriləcək seçkilərdən sonra yeni Konstitusiya konsepsiyasını təqdim etməyi tapşırıb”.

Bundan əlavə, qəzet yazır ki, Nikol Paşinyan bu yaxınlarda yaxın çevrəsinə payızda xarici siyasət cəbhəsində sürprizlərin gözlənildiyini deyib. Qəzetin yazdığına görə, Paşinyan guya Rusiya ilə yaxınlaşmağı planlaşdırır: “O, Avropa Birliyinin Ermənistanı gözlənildiyi səviyyədə qəbul etmədiyini, yetərincə maliyyələşdirmədiyini, bu istiqamətdə addımlar atmadığını və onun təhlükəsizliyini kifayət qədər təmin etmədiyini bildirərək, “Ana Rusiya”nın qoynuna dönmək niyyətini açıqlayıb”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password