“Üçüncü dünya müharibəsi bu zaman başlayacaq…” – Hulusi Akardan ŞOK AÇIQLAMA
“Atalarımızla bağlı yazılanları yaxşı oxumaq lazımdır. Elm və ağılla baxmaq lazımdır. Ağıl və elmlə baxan zaman baş verən hadisələri görmək mümkündür. Atalarımız: “Sülh istəyirsənsə, döyüşə hazır ol” deyiblər. Bu gün döyüşə hazır olmaq lazımdır”.
Bunu Türkiyənin keçmiş müdafiə naziri Hulusi Akar “Habertürk”-ün əməkdaşı Mehmet Akif Ersoyun: “Üçüncü dünya müharibəsi başlayacaqmı?” sualına cavabında deyib.
H. Akar hər an, hər şeyin ola biləcəyi ilə bağlı xəbərdarlıq edib:“İsrailin genosidi ortadadır. Hər an, hər şey ola bilər amma, qeyd etməliyəm ki, məhmətcikdə olan ruh yüksəkilyi heç kimdə yoxdur. Onları ən qabaqcıl silah vasitələri ilə təmin etmək bizim vəzifəmizdir. Üçüncü Dünya Müharibəsi riski həmişə var. Müharibə müəyyən mənada başlayıb. Müharibə dediyimiz 3 mərhələdən ibarətdir. Hazırda hazırlıq mərhələsindəyik. Bundan əlavə müharibədə diplomatik və siyasi araşdırmalar, ittifaqların qurulması kimi məsələlər var. Bundan sonra icra məsələsi gəlir. Ölkələr və bloklar hazırlıqlarını davam etdirirlər. Zaman və məkan, öz hüquq və mənafeləri baxımından hazır olduqlarını an bu müharibə başlayacaq”.