Tramp savaşı dayandıra bilər?

 

İndiki dövrdə Ukrayna ilə Rusiya arasında sülhün əldə olunmasında əsas faktorlardan biri də ABŞ-dakı prezident seçkiləridir. Biz görürük ki, prezident seçkiləri yaxınlaşdıqca ABŞ başda olmaqla, NATO ölkələri Ukraynaya silahların göndərilməsi və digər hərbi dəstəyi gücləndirməyə çalışır. Göndərilən silahlar daha çox taktiki və müdafiə silahlarıdır.

Bu sözləri politoloq Turab Rzayev Trampın hakimiyyətə qayıdacağı halda Ukrayna müharibəsinin taleyi haqda danışarkən deyib.

ABŞ-ın Ukraynaya 60 milyardlıq yardım ayırdığını xatırladan politoloq bu ölkənin yardım layihələrini genişləndirdiyini vurğulayıb:

“Bu il Ukraynaya 5 yeni hava hücumundan müdafiə sistemləri göndəriləcəyi bildirilib. Blinken açıq şəkildə dedi ki, artıq F16-lar Danimarkadan birbaşa Ukraynaya girəcək və s. Bayden dünyanın (ABŞ və AB-nin) Rusiyaya qarşı birləşdiyini, sonuna qədər Ukrayna məsələsinə dəstək verəcəyini, Kiyevi Kreml qarşısında zəif vəziyyətə salmayacaqlarını bəyan edir. Çünki Rusiya son dövrlər Ukraynaya verilən dəstəyin azalmasından istifadə edərək, yenidən hücuma keçmişdi. Hətta Xarkov işğal edilmək təhlükəsi ilə üz-üzə idi. Digər tərəfdən isə Bayden seçicilərinə bildirir ki, güclü liderdir və yenidən seçilərsə, ABŞ Rusiyanın qarşısında daha güclü dayanaraq, Ukraynaya yardımlara davam edəcək. Belə olanda bu ssenaridə müharibəni dayandıracaq yeganə şəxs kimi məhz Tramp görünür. Çünki Tramp birmənalı olaraq Ukraynaya verilən yardımı kəsəcək. Nəticədə isə Ukrayna məcbur olacaq ki, ABŞ-ın qoyduğu şərtlərlə Rusiya ilə atəşkəsə, yaxud sülhə getsin”.

O bildirib ki, Trampın Rusiyaya da güclü təzyiq etmək şansı var:

“Tramp açıq şəkildə öz kartını oynayıb, deyə biləcək ki, ya Rusiya onun qoyduğu şərtlərlə razılaşıb, hansısa şəkildə Ukrayna ilə atəşkəs imzalayacaq, ya da ABŞ Rusiyaya təzyiqlərini, Ukraynaya isə yardımlarını daha da artıracaq. Rusiya da özlüyündə respublikaçı namizədlərin, xüsusilə Trampın gəlməsinin Ukrayna müharibəsi üçün bir dönüş nöqtəsi olacağını deyir. Ona görə də düşünürəm ki, həqiqətən də sülh prosesində əhəmiyyətli şəkildə dəyişiklik edə biləcək yeganə şəxs məhz elə Tramp, onun prezident seçilməsidir. Amma bu, mütləq şəkildə müharibənin dayandırılması demək deyil. Çünki ABŞ-da oturuşmuş dövlət isteblişmenti var və böyük ehtimal Tramp prezident seçilsə belə, ona bu sülh proseslərində mane olmağa, Ukrayna müharibəsini uzatmağa çalışacaq qüvvələr olacaqdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password