Mişel Obama həm Baydeni, həm də Trampı üstələyir – Son sorğuların gözlənilməz nəticələri

 

Məlum olduğu kimi, amerikalılar arasında ABŞ-də noyabrda keçiriləcək prezident seçkilərində iştirak edəcək iki əsas namizədin – Donald Tramp və Co Baydenin heç biri populyar deyil. Ölkə vətəndaşları hərəsi bir cür qeyri-adekvatlığı ilə seçilən bu iki namizəddənsə, üçüncü – daha gənc, enerjili və normal bir namizədə səs verməyə üstünlük verərdilər. ABŞ-də keçirilən son sorğular da bunu təsdiqləməkdədir.

Son sorğular amerikalı seçicilərin 50%-inin sabiq ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamaya səs verməyə hazır olduqlarını göstərib. Belə ki, “Ipsos” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrinə görə, M.Obama 2024-cü il prezident seçkilərində demokratların namizədi olsaydı, partiyanın tərəfdarlarının böyük qismi məhz ona səs verəcəkdi. Sorğu onu da göstərir ki, əgər Mişel Obama və eks-prezident Donald Tramp prezidentlik uğrunda mübarizə aparsaydı, respondentlərin 50%-i keçmiş birinci xanıma, yalnız 39%-i isə Trampa səs verərdi.

Sorğunun nəticəsinə görə, son debat amerikalıların seçiminə elə də ciddi təsir göstərməyib və Trampla Baydenin hər ikisinə seçicilərin 40%-i səs verə bilərlər.

Qeyd edək ki, martın əvvəlində NBC telekanalı Mişel Obamanın ofisinə istinadla bildirmişdi ki, ABŞ-nin keçmiş birinci xanımı 2024-cü ildə prezidentliyə namizəd olmayacaq. Lakin Trampla debatdakı uğursuzluğundan sonra Baydenin başqa bir namizədlə əvəzlənməsi məsələsi gündəmə gəlib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password