Liderlər arasında gərginlik: “Müharibəni Putin udacaq”

 

Teledebat zamanı ABŞ Prezidenti Co Bayden və sələfi Donald Tramp Rusiya-Ukrayna müharibəsinə toxunublar.

Tramp Rusiya lideri Vladimir Putinin Ukraynanı ələ keçirəcəyini iddia edib. Eyni zamanda, eks-prezident bir neçə dəfə vurğulayıb ki, ABŞ prezidenti o olsaydı, Rusiya heç vaxt hücuma keçməzdi.

“Bəli, Amerikanın Putinin hörmət edəcəyi real prezidenti olsaydı, heç vaxt Ukraynaya təcavüz etməzdi. Çox insan öldü, düşündüklərimizdən də çox. Bu rəqəmlər ikiqat, bəlkə də üç dəfə arta bilər. (Bayden) Bunun qarşısını almaq üçün heç nə etmədi”, – Tramp qeyd edib.

Sabiq prezident Ukraynanın insan resurslarının tükəndiyini bildirib:

“Ukrayna bu müharibədə qalib gəlməyəcək, insanları, hərbçiləri tükənir. O qədər insan itirdilər. Minillik qızıl günbəzləri olan böyük şəhərləri itirdilər, hamısı ona (Bayden) və onun verdiyi axmaq qərarlara görə oldu. Mən prezident olsaydım, Rusiya heç vaxt hücum etməzdi”.

Trampın sözlərinə görə, Bayden ABŞ qoşunlarını 2021-ci ildə Əfqanıstandan çıxarmaqla Rusiyanı işğala təşviq edib:

“Bu, ölkəmizin tarixində dəhşətli biabırçılıq, ən biabırçı məqam idi. Putin bunu görəndə dedi ki, ora daxil olacağıq. Bu onun arzusu idi”.

Keçmiş prezident həmçinin əlavə edib ki, Putin onun prezidentliyi dövründə torpaq almayıb: “Rusiya Obama və Bayden dövründə çoxlu torpaq aldı. Mənim dövrümdə yox. Putin bilirdi ki, mənimlə oynaya bilməz. Ukraynada müharibə başlamamalıydı, indi o, Ukraynanı ələ keçirəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password