Fidandan yunanlara xəbərdarlıq – Alov sizi də yaxalaya bilər
Cənubi Kiprin (yunan administrasiyası) Qəzzaya qarşı əməliyyatlarda bəlli ölkələr tərəfindən baza kimi istifadə edilməsini kəşfiyyat məlumatlarında daim görürük.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Bunu gündəmə gətirəndə, anidən logistik baza elan etdilər. Oranın hərbi baza təyinatını gizlətməyə çalışdılar. Yaxın Şərq əməliyyatlarında bu bazadan istifadə edilməsinin Cənubi Kipr və Yunanıstana faydası olmaz. Yaxın Şərqdə davam edən müharibədə tərəf olsanız, o alov sizi də yaxalaya bilər. Eyni regiondayıq”, – deyə nazir bildirib.