Fransanın İrəvana “Sezar” verməsinə Rusiyadan reaksiya

 

Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə Fransanın Ermənistana SEZAR özüyeriyən haubitsalarının tədarükü ilə bağlı müqaviləni şərh edərkən deyib.

Zaxarova bu müqaviləni eskalasiyaya səbəb olmaq üçün “daha ​​bir addım” adlandırıb:

“Fransa Ermənistanın maraqlarını rəhbər tutmur, sadəcə olaraq, ölkələr arasındakı fikir ayrılıqlarından öz fürsətcil məqsədlərinə çatmaq üçün alət kimi istifadə etməyə çalışır. Fransa NATO ideologiyasının dirijorudur”.

Qeyd edək ki, İrəvan və Paris Fransanın SEZAR özüyeriyən artilleriya sistemlərinin tədarükünə dair müqavilə imzalayıblar.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password