Türk şirkəti Azərbaycanda zəlzələ riskini araşdıracaq

 

Türkiyənin “T-Rupt” şirkəti yaxın vaxtlarda Azərbaycanda zəlzələ risklərinin modelləşdirilməsi layihəsinin həyata keçirilməsinə başlamağı planlaşdırır.

Bu barədə “T-Rupt”ın baş direktoru Ərdəm Karabostan Türkiyə mediasına bildirib.

Onun sözlərinə görə, şirkət müxtəlif tədbirlərdə iştirak edərək Azərbaycan tərəfi ilə fəal ünsiyyət saxlayır. Mayın sonunda “T-Rupt” şirkətinin nümayəndələri Bakıda Mərkəzi Bank və Azərbaycan İcbari Sığorta Bürosunun birgə təşkil etdiyi maliyyə sisteminin fəlakətli risklərə qarşı dayanıqlığına həsr olunmuş konfransda iştirak ediblər.

Onun sözlərinə görə, bu gün beynəlxalq bazarda “təkrarsığorta” (reinsurance) praktikasından istifadə olunur, yəni bir sığortaçı külli miqdarda kompensasiyanın ödənilməsi ehtimalını azaltmaq məqsədilə müqavilə əsasında öz risklərini və ya risklərin bir hissəsini başqa sığorta şirkətinə ötürür. Lakin bu cür “risk mübadiləsi” çox bahalıdır, fəlakət riskinin modelləşdirilməsi isə sığorta bazarı üçün daha sərfəli seçimdir.

“CATMOD platforması ayrıca götürülən bölgədə müxtəlif maqnitudalı zəlzələlərin zərərinin nə olacağı barədə təsəvvür yaradır. Bu, digər sığortaçılara “ötürülə bilən” risklərin miqdarını azaltmağa imkan verir. Türkiyəyə münasibətdə şirkətimiz 100 min zəlzələ ssenarisini nəzərə alan platforma işləyib hazırlayıb”, – deyə “T-Rupt”ın baş direktoru vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password