Ermənistan o ölkə ilə əlaqəsini kəsir – Səfir geri çağırıldı
Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan məsləhətləşmələr üçün İrəvana çağırılıb.
Bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Ani Badalyan məlumat verib.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyan bundan əvvəl heç vaxt Belarusa səfər etməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, Aleksandr Lukaşenko Belarus prezidenti olduğu müddətdə bu ölkəyə getməyəcək.