Obrayeni İrəvana gətirən 3 səbəb

 

Obrayenin Ermənistana səfərinin bir neçə məqsədi var.

Bu sözləri açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi Blinkenin müavininin çevriliş ehtimalına qarşı İrəvana göndərildiyi haqda səsləndirilən ehtimallarla razılaşıb:

“Birinci səbəb ABŞ-Ermənistan strateji tərəfdaşlığını yenidən nümayiş etdirməkdir. Yəni Vaşinqton bununla İrəvanın onun nüfuz dairəsinə daxil olduğunu göstərir və hansısa süni inqilab, çevriliş yolu ilə Paşinyanın hakimiyyətdən getməsini istəmir. İkincisi, ABŞ Ermənistan iqtidarına bununla öz dəstəyini göstərir. Çünki son dövrlərdə Paşinyan hökumətinə müxalifətin, Rusiyanın agentura şəbəkəsinin, keçmiş Qarabağ klanının, ölkə və rus mətbuatının güclü təzyiqləri var. Hətta sözügedən qüvvələr gizli kartları belə açmağa və Paşinyan hökumətinə təhdid yaratmağa başladı. Əlbəttə ki, onun-bunun maşası olan keşiş Baqratın rəhbərlik etdiyi aksiyalar da gündəmdədir.

Üçüncü səbəb isə odur ki, Ermənistan parlamentinin sədri Alen Simonyan da son çıxışlarından birində ölkəsində yeni hökumətin formalaşdırılması üçün müxalifət və Rusiyanın bir yerdə işlədiyini deyib. Yəqin ki, Obrayen Paşinyan hökuməti ilə müəyyən məsləhətləşmələr aparmaq üçün İrəvana göndərilib”.

Qeyd edək ki, Entoni Blinkenin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obrayen ABŞ-Ermənistan Strateji Dialoqunun iclasında iştirak etmək üçün İrəvanda səfərdədir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password