Qərar rəsmən imzalandı – Paşinyanın istefası gündəmi ilə toplanırlar

 

Hakim “Vətəndaş Müqaviləsi” Partiyasında müxalifətin təşəbbüsü ilə gündəmə gətirilən hökumətin istefası ilə bağlı iclasa kvorumun alınmaması üçün sessiyaya qatılmamaq qərarı var.

Bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır.

Dünən müxalifətdə olan “Ermənistan” və “Şərəfim var” fraksiyaları hökumətin istefası və yeni hökumətin formalaşdırılması gündəliyi ilə iyunun 11-də növbədənkənar sessiyanın çağırılması təşəbbüsünü irəli sürüb. Parlamentdə çoxluqda olan “Vətəndaş Müqaviləsi” bu təşəbbüsü yekdilliklə rədd edib.

Növbədənkənar sessiya iyunun 17-də keçiriləcək. Artıq bununla bağlı parlament sədrinin sərəncamı var.

Dünən hakim partiya bu məsələni müzakirə edib. İclasda çıxış edən deputat Hayk Koncoryan bəyan edib ki, gündəliklərində hökumətin istefası məsələsi yoxdur, buna görə də həmin gün sessiyaya qatılmayacaqlar və kvorumu təmin etməyəcəklər.

Nəşr bildirir ki, “Vətəndaş Müqaviləsi” daxilində bu məsələ ilə bağlı fikir ayrılığı yoxdur: “Hakim komandada hamı yekdil fikirdədir ki, müxalifətin təşəbbüsü ilə hökumətin istefası məsələsi ilə bağlı sessiya keçirilməməlidir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password