Bölgələrimizdə istirahətin bir günü… – Qiymətlər

 

İl boyu işləyən, çalışan, müəyyən mənada haradasa fəaliyyət göstərən şəxslər yayda dincəlmək üçün bölgələrə üz tutur.

Regionlarda olan istirahət mərkəzlərinin cari qiymətlərini araşdırılıb.

Şamaxıda fəaliyyət göstərən “Şamaxı Palas Şaradil” ailəvi istirahət mərkəzində bir gecə qalmaq üçün balkonlu otaq 200, balkonsuz 160 manatdır. Çox nəfərlik otaqlar isə 600-800 manat civarındadır. 1 nəfərlik yemək menyuları 30-35 manatdır. İstirahət edən şəxslər otel ərazisində hovuz, türk hamamı və saunadan istifadə edə bilərlər. Qeyd edək ki, həftəsonu qiymətlər fərqlidir.

Masallıda meşə ərazisində olan “Gülüstan” istirahət mərkəzində səhər yeməyi daxil olmaqla 2 nəfərlik koteclər 70, 4-5 nəfərlik koteclər isə 120 manatdır. 1 nəfərlik yemək menyuları 25-40 manat civarı müəyyənləşdirilib.
Nabranda fəaliyyət göstərən “Atlant” istirahət mərkəzində menyular hələ müəyyənləşməsə də, otel qiymətləri məlumdur. Belə ki, 2 nəfərlik 80, 3 nəfərlik 90, 4 nəfərlik otaqlar isə 125 manatdır. 4 nəfərlik koteclər də var ki, 140 manatadır. İstirahət edən şəxslər hovuz və əyləncələrdən istifadə edə bilərlər.

Şəkidə “Narın Qala” istirahət mərkəzi meşə gəzintisini sevən şəxslər üçün əlverişli məkandır. Səhər yeməyi daxil olmaqla 2 nəfərlik 80, 4 nəfərlik 130, 6 nəfərlik koteclər isə 150 manatdır.

Naftalanda yerləşən “Çinar” istirahət mərkəzinə 2 nəfər 1 həftəlik, 3 dəfə yemək daxil olmaqla 1540 manata paket əldə etmək mümkündür. Paket əldə edən şəxslərə otel ərazisində fəaliyyət göstərən hovuz, sauna, fitness zal, fizioterapiya və “Naftalan vannası” təklif olunur./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password