“Paşinyan zamanla oynayır” – “Karfagen məhv edilməlidir!…”

 

“Ermənistan problemləri etiraf etməli və onların həllinə başlamalıdır”

“Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün gələcəkdə bir-birinə qarşı istifadə oluna biləcək yarımçıq və ya açıq qalan suallar olmamalıdır”.

Bunu politoloq Fərhad Məmmədov Ermənistanda gedən daxili müzakirələri şərh edərkən bildirib. Ekspert xatırladır ki, Azərbaycan Ermənistanın qanunvericiliyində sülhə mane olan bütün problemləri göstərib. “Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad, Ermənistan Ali Sovetinin 1992-ci ildəki qərarları, Ermənistan Xarici İşlər Nazirliyi səviyyəsində beynəlxalq birliyə tonlarla məktub və müraciətlər. Bunlar tam və davamlı sülhə maneələrdir”, – o qeyd edib.

F.Məmmədov bildirir ki, Ermənistanın Baş naziri öz bəyanatlarında bu problemlərin olduğunu etiraf edib, lakin sonradan geri çəkilib.

Onun sözlərinə görə, indi də Ermənistanın xarici işlər naziri Azərbaycan və Ermənistan konstitusiyalarını eyniləşdirməyə çalışır: “Sanki Azərbaycan Konstitusiyasında Ermənistana ərazi iddiası var. Bu, yalandır”.

Politoloq qeyd edir ki, Azərbaycanda nə Konstitusiya səviyyəsində, nə də prezidentin və parlamentin qərarları, qanunlar, normativ aktlar səviyyəsində Ermənistana qarşı ərazi iddiası yoxdur: “Ermənistan problemlərinin olduğunu etiraf etməli və onları həll etməyə başlamalıdır. Təkcə dövlət qurumlarının saytlarında “dağlıq Qarabağ” bölmələrinin bağlanması problemi həll etməyəcək. Çoxdan gözlənilən sülhü reallığa çevirmək üçün hərəkətə keçmək lazımdır. Belə bir təəssürat yaranır ki, Paşinyan zamanla oynayır və COP-29 mövzusundan istifadə edərək qanunvericilikdə dəyişiklik edilmədən sülh müqaviləsi prosesini sürətləndirməyə, bunun üçün əsasən Qərbdən gələn “sülh üçün tarixi fürsət var” tipli müraciətlərdən istifadə etməyə çalışır.

Amma Paşinyan və onun komanda üzvləri başa düşməlidirlər ki, Bakı COP-29-dan sonranı gözləyə və Qərbdən gələn bəyanatlara tab gətirə bilər. Ermənilərin COP-29-a gəlməməsi də bizim üçün böyük problem deyil”.

F.Məmmədov bildirir ki, Bakı üçün əsas məsələ danışıqlar prosesinin ardıcıllığı və istənilən revanşizm imkanlarının məhv edilməsidir: “Bu gün Paşinyan var, sabah isə yox… onda nə olacaq?! Azərbaycan çalışır ki, Ermənistanda ən qızğın revanşist hakimiyyətə gəlsə belə, onun Azərbaycana qarşı iddialar irəli sürmək imkanı olmasın.

Görün, Ermənistanın keçmiş xarici işlər nazirləri necə qıvrılırlar. Bu qaraguruhçular hər gün Azərbaycana qarşı iddiaların bərpası imkanlarından danışırlar”.

F.Məmmədov bir məqamı da vurğulayır ki, Bakı Ermənistandakı revanşistlərdən qorxmur: “Bakı müharibədən qorxmur və Ermənistanı məğlub etməyə hazırdır. Bakı sadəcə, yeni müharibə zamanı azərbaycanlılar arasında itkilər istəmir. Müharibədən sonrakı bu üç ildə baş verən hər şeyin mahiyyəti budur. Amma təəssüf ki, qurbanların qarşısını almaq mümkün olmadı. İndi isə İrəvanda və bütün beynəlxalq maraqlı tərəflərdə Azərbaycanın nə istədiyini və bunun üçün nə etmək lazım olduğunu bilirlər… Karfagen məhv edilməlidir!”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password