“MDB liderləri o toplantıya qatılmaqdan imtina edib…” – Qaluzindən sensasiyalı açıqlama

 

“Volodimir Zelenski və onun qərbli dostları MDB-yə üzv ölkələrin liderlərinə şəxsən zəng edərək, onları İsveçrədə Ukrayna böhranı ilə bağlı konfransda iştirak etməyə dəvət ediblər, lakin hamısı toplantıya qatılmaqdan imtina edib”.

Bu sensasiyalı bəyanatla Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin çıxış edib.

Bu barədə nazir müavini TASS-a deyib.

“Biz bilirik ki, onların heç birini konfransda iştiraka inandırmağa nail olunmayıb ”, – TASS onun sözlərindən sitat gətirir.

Qaluzin iddia edib ki, “Rusiyanın ən yaxın müttəfiqləri və MDB-dən olan dostları bu konfransın əsl mahiyyətini yaxşı başa düşürlər. 

Bu, tələsik anti-Rusiya koalisiyasını bir araya gətirmək və Rusiyaya ultimatum təqdim etmək, praktiki olmayan “Zelenski formulası”na qlobal dəstək görüntüsü yaratmaq cəhdidir ” – Rusiya XİN rəhbərinin müavini qeyd edib. Qaluzin kimlərin imtina etdiyi haqda konkret ad çəkməyib.

Qeyd edək ki, iyunun 4-də keçirdiyi brifinqdə Rusiya Prezidentinin mətbuat katibi də deyib ki, İsveçrədəki konfransa getməyənlər vaxt itirmək istəmir: “Ölkələr heç bir məqsəd qoyulmayan tədbirdə iştirak etmək istəmir. Rusiyanın iştirakı olmadan Ukraynanın müzakirəsi tamamilə absurd məqsəddir, onun heç bir nəticəyə yönəlmədiyi bəllidir”.

biskek-1-900x610.jpg (47 KB)

“Zelenski öz sülh formulunu – 10 bəndlik düsturunu təklif etdiyi vaxtdan bəri heç bir ölkə onun praktiki şəkildə həyata keçirilməsinə və təşviqinə nail olmaq üçün ABŞ kimi israrlı fəaliyyət göstərməyib”. Bunu isə jurnalistlər üçün onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O bildirib ki, konfransda ABŞ-ı vitse-prezident Kamala Harris və milli təhlükəsizlik müşaviri Ceyk Sallivan təmsil edəcək.

İsveçrə hakimiyyəti iyunun 15-16-da Bürgenstok kurortunda Ukrayna ilə bağlı konfrans keçirməyi planlaşdırır. İsveçrənin Xarici İşlər Federal Departamenti (Nazirliyi) daha əvvəl bildirmişdi ki, Bern 160-dan çox ölkəyə dəvət göndərib.

1712805418-Switzerland-Conference.jpg (87 KB)

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva orada istənilməsə, konfransda iştirak etmək üçün müraciət etməyəcək. Eyni zamanda, Rusiya Federasiyası dəfələrlə vurğulayıb ki, Moskva Kiyevlə münaqişənin sülh yolu ilə həllindən heç vaxt imtina etməyib.

Bir müddət əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukraynada nizamlanma ilə bağlı İsveçrədə keçiriləcək konfransı şərh edərkən bildirmişdi ki, ABŞ və Avropa İttifaqının təşkil etdiyi qərəzli görüşlərdə qəbul edilən istənilən qərarı Rusiyaya sırımaq cəhdləri uğursuzluğa məhkumdur.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password