QƏHRƏMANLIQ KÖKDƏN GƏLİR
Bu gün birinci Qarabağ savaşının şəhidi Niyazi İsbala oğlu Əsgərovun anım günü keçirildi. Görüşdə şəhidin anası Lala xanım, qardaşları, bacıları, cəbhə yoldaşları öz ailələri ilə, həmkəndliləri, “Adəm” Xeyriyyəçilər Assosiasiyası İctimai Birliyinin sədri Nicat Əsgərov, Qarabağ döyüşlərinin iştirkçısı Çingiz Cəfərov, aktyor-jurbalist Şirzad Pirallahi, rezissor Cəlil müəllim və digər qonaqlar iştirak edirdilər.
Çıxış edən silahdaşları İlqar Məhəmmədov və İlqar Qaziyev Niyazinin döyüş yolundan, onun göstərdiyi qəhrəmanlıqlardan, döyüş vaxtı erməni daşnaklarını necə məhv edərək silahlarını qənimət kimi götürməyindən, cəbhə yoldaşlarının mühasirəyə düşməməsi üçün düşmənləri sərrast atəşlə məhv etməsindən danışdılar.
Şəhidin böyük qardaşı Qurban müəllim Niyazinin xarakterik xüsusiyyətlərindən, hələ 1987-cı ilin sonlarından yaratdıqları Azərbaycan Demokratik Respublikasinin Bərpası Uğurunda Gənclərin Azadlıq Təşkilatınin Abşeron ərazi bölməsindən və burada üçrəngli ay-ulduzlu bayrağımızn da xəlvəti qaldırıldığından, tarix dərslərində müəllimlə tariximizin səhv yazıldığı, onun bizə yad olduğunu dəfələrlə mübahisə etdiyindən danışdı.
Əli Vəliyev Niyazinin qəhrəmanlığınını təsadüfü olmadığını, bu qəhrəmanlığın ulu babası xalq qəhrəmanı Məşədi Hümbət kimi soydan, kökdən gəldiyindən danışdı. Məşədi Hümbətin Göyçədə erməni daşnaklarını məhv edərək onların silahları ilə ermənilərin özlərini məhv etdiyini və Niyazinin də ulu babası kimi daşnakları öz silahları ilə məhv edərək göstərdiyi qəhrəmanlığı müqayisə etdi.
Şəhidin qohumu Vüqar müəllim Abduyev Niyazinin gəncliyində necə şıltaq, şən, zarafatcıl insan olmasından, onun içində isə daha ciddi bir şəxsin gizlədilməsindən, balaca olanda onu qucağında, çiynində gəzdirdiyini, sonradan isə onun tabutunun çiynində aparmasını acı xatirə kimi müqayisə etdi.
Şəhidin bacıları Təranə xanım və Lətifə xanım bu gün qardaşlarının şəhid olmaları ilə fəxr etdiklərini, Niyazinin əvəzinə minlərlə qardaş tardıqlarını qeyd etdiləd və tədbirə gələnlərə minnətdarlıqlarını bildirdilər. Çingiz müəllim şəhidin anası Lala xanımın qarşısında baş əydiyini, onun Vətən, el, oba üçün belə bir igid oğul doğub tərbiyə eməsini vurğuladı.
Xeyriyyəçi Nicat müəllim şəhid anası Lala xanıma öz minnətdarlığını bildirdi. Aktyor Şirzad müəllimin maraqlı şerləri tədbir iştirakçılarının alqışlarını qazanda. Şəhidin anası gələnlərə təşəkkür etdi. Niyazinin necə evdə heç kimə demədən xəlvətcə cəbhəyə könüllü getməsindən danışdı. Oğlunun Vətən qarşısında borcunun ləyaqətlə yerinə yetirərək şəhid olmasını fəxrlə dedi. Bir oğlu əvəzinə onun minlərlə silahdaşlarını oğul kimi tapdığını qeyd etdi. Sonra bütün şəhidlərimizin ruhu bir daha anıldl və xatirə şəkilləri çəkildi.
Əli Vəliyev
Göyçə mahalı Ardanış kəndi