İbrahim Nehrəmlinin Oğuzun Mollalı kəndində 10 ha qoz bağını məhv etdirməsinə ETSN-də niyə göz yumurlar
2023-cü ilin payızında və cari ilin yazında həmin ərazidə Ekologiya Nazirliyinin göstərişi ilə qoz, lapan, ağcaqayın ağacları əkilərək meşəbərpa layihəsi həyata keçirilmişdir. Elə bu zaman Hacı İbrahim əraziyə gələrək meşə işçilərinə xəbərdarlıq edərək bildirmişdir ki, bu ərazidə ağac tingləri əkməsinlər. Lakin biznesmenin xəbərdarlığını ETSN işçiləri ciddiyə almamışlar. Cari ilin aprelin 27-də gecə saat 3-dən səhər saat 8-dək iki ədəd təkərli T-80 markalı traktorla ( dövlət nömrə nişanı 20 AB 576 və 48 TT171 olan ) 10 ha meşə sahəsini şum edərək əkilmiş ağacların hamısını məhv edərək dövlətə külli-miqdarda ziyan vurmaqla ekoloji cinayət törətmişlər.
Mollalı kənd bələdiyyə meşəsini şumlayan 48TT 171 nömrəli T-80 markalı traktorBiz mətbu orqan olaraq dövlət vəsaitləri hesabına sözügedən ərazidə salınmış qoz bağının şumlanaraq məhv edilməsi cinayətinə dərhal hüquqi qiymətin verilməsi üçün aidiyyatı yuxarı orqanlara müraciətlər etdik. Xəbərdarlıq etdik ki, yaxın günlərdə əraziyə gələrək çəkiliş aparacağıq. Biz mayın 11-də Oğuz rayon Mollalı kəndinə gəldiyimiz zaman məlum oldu ki, Hacı İbrahimin meşəni məhv etdirərək qarğıdalı əkdiyi meşə sahəsinin giriş yolu dəmir hisələrlə bərkidilərək bağlanmışdır və heç kim əraziyə buraxılmır. Hətta ETSN işçiləri belə. Bəli qadağan olunmuş zonaya girə bilməsək də yerli sakinlərin cinayət baş verən zaman hadisəni lentə alan materialları əldə edib geri qayıtmağa məcbur olduq.
Son aldığımız məlumatda bildirlir ki, Hacı İbrahim mayın 12-də Molallı kəndi yaxınlığındakı əkdirdiyi əraziyə gələrək Raufla görüşmüş və gələcək planlarını müzakirə etmişlər. Hacı İbrahim bizim media vasitəsilə məsləni ictimailəşdirməyimizdən azacıq narahat olduğnu bildirmiş və Bakıya qayıtmışdır.
Aktualinfo.org-un araşdırma qrupu
P.S. Biz, redaksiya olaraq hazırda həm ETSN rəhbərliyinin, həm də Oğuz rayonun Prokurorluğunun Oğuzun Mollalı kəndi yaxınlığında Bələdiyyə meşəsində əkilmiş 10 ha qoz bağının vəhşicəsinə məhv edilməsilə nəticələnən cinayət işinin başlanamsı üçün özlərində bir qədər cürət taparaq araşdırmaya başlanması barədə rəsmi məlumatı gözləyirik. Amma inanmırıq ki, baş prokuror cənab Kamran Əliyev işə qarışmasa çətin ki, Hacı Nehrəmlinin adamları istər Oğuz Rayon Prokrurorluğunun, istərsə də ETSN-nin daxili nəzarət idarəsinin əməkdaşlarını dövlət meşə fondu hesab edilən 10 ha şumlanaraq ağacları məhv edilmiş əraziyə ( özlərinin təbirincə “QADAĞAN OLUNMUŞ” zonaya) buraxsınlar. Bir az gözləyək görək dövlətə meydan oxuyan “meşə quldurları”nın aqibəti necə olacaq.