Rəsmi Bakıdan Ferqus Aulda cavab: Mediamız azad, demokratikdir

 

Azərbaycanda media Böyük Britaniyadakı kimi azad, demokratik, sabit və firavandır.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auldun paylaşımına cavab olaraq “X”də yazıb.

O bildirib ki, Ferqus Auldun iddialarında ədalətlilik və qərəzsizlik çatışmır:

“Səfir, Azərbaycanda media azadlığının hərtərəfli nəzərdən keçirilməsini nəzərdən qaçıran dar perspektivə köklənən iddianızda ədalətlilik və qərəzsizlik yoxdur”.

Xatırladaq ki, Ferqus Auld “X”də paylaşımında Azərbaycanda mediaya məhdudiyyət qoyulduğunu iddia edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password