Dövlətdən “oğurlanan” milyonlar və məmur oğlunun dəbdəbəli toyu
Internet üzərindən Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələr Müdriyyətinin direktoru Elşad Hacıyev haqqında araşdırma apardıqda, onun qanunazidd əməlləri barədə dəfələrlə yazıldığına rast gəlmək olar. Yazıların məzmununa və faktlara nəzər saldıqda aydın olur ki, Elşad Hacıyev rəhbəri olduğu müəssədə “isdədiyi kimi” hərəkət edir. Mətbuatda bu qədər yazılanlara baxmayaraq heç bir yuxarı instansiyadan və yuxarı orqanlardandan Elşad Hacıyev haqqında cavab tədbiri görülməyib. Bu günlərdə redaksiyamıza daxil olmuş məlumata görə axır ki, Hesablama Palatası Səhiyyə Nazirliyinin TOMM-da yoxlamalar aparmağa başlayıb. Ehtimal olunur ki, aparılan yoxlamanın nəticəsi olaraq TOMM-dan işdən çıxarılan işçilərin hüquqları bərpa olunacaq və Elşad Hacıyevin özü gətirdiyi işçilərə nə səbəbə ikiqat əmək haqqı verdiyini araşdıracaq.
Məlumatda bildirilir ki, Hesablama Palatası 2023-cü ildə eyni tərkibdə yoxlama aparmışdır. O nəticəyə gəlmək olar ki, burada şübhəli əməliyyatlar olduğunu yəqinləşdiriblər və bu il də təkrar yoxlama aparılır. Hesablama Palatası həm də 90 çarpayılıq Şuşa MRX-nın yarımçıq tikintisinin başa çatmamasının səbəblərini araşdırır. Şuşa MRX-si bu il təhvil verilməlidir. 1-ci mərhələ üzrə tender qiyməti 40,8 milyon manatdır. Tikintinin təhvil vaxtının azalmasına baxmayaraq 2-ci mərhələ üzrə hələ tender keçirilməyib. Çünki, o işçiləri ora-bura göndərir ki, qiymətləri qaldırıb 2-ci mərhələni də 40,0 milyona çatdırsın. Bu da 90 çarpayılıq xəstəxananın qiymətini 80,0 milyona çatdırır. Yəqin ki, bu vəsaitə əvəllər belə 4-5 xəstəxana tikmək olardı. Görəsən, Ağdam MRX-sı nın tikintisi, Maştağa qəsəbəsində Narkoloji dispanserin tikintisi, və Cəlilabad rayonu Göytəpə Şəhərində xəstəxana binalarının tikintisi işləri başlanılıbmı, halbuki, 4-7 ay ərzində bu işlər yekunlaşmalı idi.
Elşad Hacıyevin bu işləri vaxtında tamamlaya bilməsinin səbəbi kimi bu işdə səriştəsi olmayan və “özünə yaxın” olan şirkətləri tenderin qalibi etməsi gösdərilir. Xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün bir neçə ildə yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil. Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır. Aparılan yoxlamanın nəticəsi olararaq hər-halda bir neçe dəfə mətbuatda işıqlandırılmış nöqsanların aradan qaldıracağına ümüdvarıq.
Redaksiyamızı məlumatlandıran mənbənin bildirdiyinə görə Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələr Müdriyyətinin direktoru Elşad Hacıyev bir neşə gün əvvəl, Bakı şəhərində ən bahalı şadlıq evlərindən hesab edilən “Halikarnas Balıkçısı” restoranında bütün idarə işçilərini, podratçıları və digər şəxsləri yığaraq 1000 nəfərə yaxın adamlarla oğluna dəniz kənarında dəbdəbəli toy etmişdir. Bakının elit və ən bahalı restoranlarında biri olan “Halikarnas Balıkçısı” restoranında bir yerin qiyməti 300 manatdan başlayır.Toyda ağ balıq kababından tutmuş ən bahalı içkilərə qədər masalara düzülüb. Habelə, qonaqlara qara kürü də verilib. Toya dəvət olunan şou-biznes nümayəndələrinə böyük məbləğdə qonorar ödənildiyi bildirilir. Prezident dəfələrlə məmurlara xəbərdarlıq edib ki, dəbdəbəli toy-nişan, ad günü ziyafətləri etməsinlər, israfçılığa yol verməsinlər.Təbii ki, hər kəs övladına gözəl məclis təşkil etmək istəyir. Amma məmurlar gərək təvazökar olsunlar.Çox təəsüflər olsun ki Elşad Hacıyev deyilən tövsiyələrə və edilən qadağalara belə məhəl qoymur. Bununla belə,E.Hacıyevin oğluna xoşbəxtlik arzulayırıq. Deyilənələrə görə Elşad Hacıyev etdiyi əməllərə görə Bakı şəhərini tərk etməyə hazırlaşır.
Qarşı tərəfin cavab haqqını tanıyırıq. /mediatv.az