“Ora Məhəmməd peyğəmbərin bizə əmanətidir” – Ərdoğan
Qüds peyğəmbərlərin bizə əmanətidir.
Bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə liderinin İstanbulda keçirilən beynəlxalq konfransındakı çıxışında diqqətçəkən məqamlar belədir:
“Səlib yürüşləri ilə dağıdılan Qüdsü bərpa edərək dörd əsrdir sülh diyarına çevirən əcdadlarımızın nəvələri olaraq Fələstində baş verən mənfi və müsbət hər bir gəlişməni yaxından izləyirik.
Məscidül-Əqsa təkcə bizim ilk qibləmiz deyil, həm də Həzrəti Nəbi (Məhəmməd peyğəmbər) və ondan əvvəlki peyğəmbərlər tərəfindən bizə əmanət edilib.
Heç bir qüvvə Qüds məhəbbətini ürəyimizdən silə bilməz.
Əllərindəki media və lobbi ilə Qəzzada törətdikləri qətlləri ört-basdır edə biləcəklərini düşünürlər.
Sırf İsrail və Qərb tərəfdarları bunu istədikləri üçün HƏMAS-ı terrorçu kimi qələmə verənlər sırasında ola bilmərik”.