Papa türklərlə bağlı niyə bu addımı atdı? – Vatikan gizlinləri açsa, Ankaraya qarşı…

 

2001-ci ilə qədər rəsmi Vatikan 1915-ci ildə Osmanlı imperiyası daxilində baş verən hadisələrlə bağlı “soyqırımı” sözünü işlətməyib. 2001-ci ildə Roma Papası II İohan Pavel ilə Patriarx 2-ci Qareginin yaydığı bəyannamədə ilk dəfə “soyqırımı” sözü işlədilib. Bundan sonra Vatikan siyasətini dəyişdirib. Niyə birdən-birə Papa bu ifadəni işlətdi? Papalığın bütün maliyyə sistemi rəsmi olaraq Dini İşlər İnstitutu (IOR) kimi tanınan Vatikan bankı üzərində qurulub. Bu bankın fəaliyyətinə nəzər salanda görürük ki, məqsəd dini istiqamətdə xərclənən pullardan çox çirkli pulları yumaq, Papanı bir çox işlərdə razı salmaq üçün böyük məbləğli korrupsiya məsələləridir.

Bunu AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev deyib.

Zaur Əliyev bildirib ki, hazırda Avropada “Dünyanın ən məxfi bankı” kimi də tanınan IOR çirkli pulların yuyulması və korrupsiya ilə tanınır:

“IOR ilə bağlı ən böyük qalmaqallardan biri onun əsas səhmdarı olduğu Ambrosiano Bankın Siciliya mafiyası üçün çirkli pulların yuyulmasında ittiham olunması idi. Çox uzaq zamana getməyək, elə 2022-ci ildə Roma Baş Prokurorluğunun araşdırma hesabatında Dini İşlər İnstitutu (IOR) adı altında fəaliyyət göstərən Vatikan Bankının bəzi köçürmə əməliyyatlarında Aİ ölkələrində çirkli pulların yuyulmasının qarşısının alınmasına yönəlmiş qaydaları pozduğu təsdiqlənib. İstintaq çərçivəsində, keçən ay pulların yuyulması əməliyyatı şübhəsi ilə IOR-dan JP Morqan Frankfurt və Fucino banklarına köçürülən 23 milyon avroya həbs qoyan prokurorluq, təxminən 140 milyon avro məbləğində pul köçürmə əməliyyatlarını da yoxlamağa qərar vermişdi.

Məhz bu banka 2001-ci ildə 25 milyard dollarlıq bir köçürülmə baş verir. Köçürülümə İsveçrə banklarından birinin vasitəsilə baş verib və köçürməni edən isə Amerikalı milyarder Kirk Kirkoryan idi. Bu pul hansı məqsədlə köçürülüb? Kirkoryan ABŞ-də Fresno şəhərində (Kaliforniya ştatı) anadan olub. 1800-cü illərin sonunda Maraşdan ABŞ-yə köç etmiş bir ailənin övladı idi. Atası Aharon Qriqoryan, anası Liliya Qriqoryandır. Böyük biznesə malik olan Kirkoryan 9 yaşında Türklərin düşməni olaraq çıxışlar etməyə başlayıb. Bütün var dövlətini Türkiyə və hazırda da Azərbaycan əleyhinə yönəldib. Qarabağ işğalda olanda 80 milyon dollar Xankəndi-Şuşa-Laçın yolunun çəkilməsinə xərcləyib. O, Vatikana kiçik miqdarlarda maliyyə yardımı edərək, Papa II İohann Pavelin diqqətini cəlb edir və onunla görüşməyə razı olur”.

Zaur Əliyev qeyd edib ki, görüş zamanı əldə edilən razılıq belə idi:

“1. Vatikan Gizli Arxivlərində bolqar əsilli polkovnik Panço Dorefin təqdim etdiyi sənədlərin üzə çıxarılmaması (qeyd edim ki, 1931-ci ildə erməni məsələsi ilə bağlı sənədlərin Bolqarıstana, oradan da Vatikana qaçıran şəxsdir).

2. Erməni Katolik Kilsəsini ziyarət edən Apostol kilsəsinin nümayəndəsi monsinyor Jovanni Naslian tərəfindən Papanın katibi, kardinala yazdığı hesabat üzə çıxarılmır. Çünki həmin hesabatda əldə etdiyimiz bir məktubda Jovanni Naslian Papaya yazır: “Erməni Katolik Kilsəsi katoliklərin Türk hökumətinə çətinlik yaratmayacağı təminatını verirlər. Türk hökuməti də katoliklərə hər zaman yaxınlıq göstərdiyini bəyan edir. Katolikləri sadiq və güvəniləsi təbəələri kimi tanıdıqlarını rəsmən qeyd edirlər”. (Məktubun surətindən bir hissə statusa əlavə edilir).

3. Vatikanın Osmanlı dövləti ilə yazışmaları üzə çıxarılmır.

4. 1915-ci ildə Vatikanın xüsusi nümayəndələrinin Osmanlı dövlətində apardıqları araşdırmalar üzə çıxarılmır.

5. Papa Ermənistana səfər edir və qondarma soyqırımı abidəsini ziyarət edir və “soyqırımı faktını” təsdiq edir.

6. Bütün bunlar icra edilsə, 25 milyard dollar Vatikanın IOR bankına köçürülür.

Bu müqavilədən sonra Vatikan Gizli Arxivləri Müdiri Sergio Paganonun “Il Messaggero” qəzetində müsahibəsi dərc edilir və Papanın belə qərar qəbul etməsindən qəmgin olduğu ifadə işlədilir”.

Tarixçi alimin sözlərinə görə, bu, Vatikanın gizli arxivlərində olan, 1915-ci ildə “soyqırımı” olmadığını göstərən yüzlərlə sənəd var və onlar 2001-ci ildən bağlı sandıqlarda gizlədilir:

“Roma Papası II İoan Pavel 2001-ci ildə Ermənistanda xristianlığın dövlət dini qəbul olunmasının 1700 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir və Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında ermənilərin kütləvi qırğınını yenidən “soyqırımı” adlandırır.

Papa Fransisk 2015-ci ildə qondarma erməni soyqırımının 100-cü ili səbəbiylə bir dini ayin keçirir. Roma Papası Francis bütün ermənilərin katolikosu II Qareginin müşayiəti ilə İrəvanda “Erməni soyqırımı xatirə kompleksinə” baş çəkir 2016-cı ildə və Fransisk İrəvanda yazılı mətndə olmamasına baxmayaraq, şifahi nitqində “erməni soyqırımı” ifadəsindən istifadə edir.

Bu fakt bir daha sübut edir ki, ermənilərin uydurduğu soyqırımı əfsanəsi insanlara sadəcə pul gücünə inandırılır. Dünyada Xristian dinin mərkəzi sayılan Vatikan və Papalar sadəcə pula satılan şəxslərdir. Onlar üçün, din və sairə puldan sonra gəlir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password