Yazın gəlişi bəzi infeksion xəstəliklər gətirir: Necə qorunmalı? – Professor izah edir

 

Fəsil dəyişməsi, yazın gəlişi özü ilə bəzi infeksion xəstəliklər gətirir. Bu sahədə həssas qruplar daha çox risk altındadır. Bu qruplara yaşlı şəxslər, eyni zamanda, uşaqlar aid edilir.

Orqanizmdə baş verən prosesləri xarici amillərlə izah edən həkimlər bu mövsümün mərəzlərinə “yaz xəstəlikləri” deyirlər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tibb elmləri namizədi, professor Adil Qeybulla bildirib ki, baharda, adətən, orqanizm oyandığı üçün xəstəliklərin baş qaldırması da normaldır:

“Əvvəla, yaz fəslində orqanizmin, bir növ, stimullaşması baş verir. Yəni sadə dillə desək, orqanizm oyanır. Bu, Günəş istisinin artması və iqlimin isinməsi ilə bağlıdır. Müəyyən xəstəliklərin də baş qaldırması təsadüfi deyil. Xüsusən, yaz aylarında mədə xorası və qastritin kəskinləşməsi, sinir sistemi və allergik xəstəliklərin artması müşahidə olunur.

Bəzi allergik reaksiyaları olan insanlar da bu aylarda daha diqqətli olmalıdırlar. Çünki orqanizmdə müxtəlif çiçəklərin, bitkilərin qoxularına, havada uçan bitki hissəciklərinə qarşı reaksiyalar ola bilər”.

Professor bu aylarda bəzi xəstələrin xüsusən daha diqqətli olmalı olduqlarını qeyd edib:

“Bu fəsildə hər bir şəxs öz xəstəliyini bildiyinə görə, həkimi ilə məsləhətləşib müəyyən profilaktik və preventiv tədbirlər görməlidir. Mədə xorası olan xəstələr vaxtında müalicə alıb, dərmanlarını mütəmadi və vaxtı-vaxtında atmalıdırlar. Nevroloji xəstələr həkim məsləhəti əsasında müəyyən tədbirlər görrməlidirlər. Bütün bu profilaktik tədbirlər mövsümi adlandırdığımız xəstəlikləri xeyli azalda bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password