AKAR CANLI YAYIMDA ABŞ, NATO VƏ MOSKVAYA MESAJ VERDİ:-“Bizim A, B, C planlarımız hazırdır…”

“ABŞ hərbçilərinin  İdlibdə birbaşa əməliyyata girməsinə ehtiyac yoxdur. Belə bir şey də yoxdur. Onlar bizə hava müdafiə sistemi göndərdilər. Çünki ölkəmizə qarşı havadan və qurudan raket təhdidləri var. Bundan başqa, ABŞ-ın  bizə “Patriot” dəstəyi ola bilər. Parlalel olaraq, NATO Baş katibinin də müxtəlif açıqlamaları var. Onlar tərəfindən də bəzi dəstəklər ola bilər”.

Bu sözləri Türkiyənin Millli Müdafiə naziri Hulusi Akar “CNN Türk”ün efirində canlı yayımlanan“Gecə Görüşü” proqramında Suriyanın İdlib bölgəsində yaşanan gərginliklə bağlı suallara cavabında deyib.

Nazir bildirib ki, Türkiyə NATO-nun ən güclü və vacib üzvüdür: “Bizim ölkəmizin haqq və mənfəətlərini qorumaq, xalqımızın rifahını təmin etmək kimi məsuliyyətimiz var. Və bütün bunlar NATO üzvlüyümüzə zidd deyil. Əksinə, NATO-da üzərimizə düşən nə vasa, hamısını tam məsuliyyətlə yerinə yetiririk. Əlbəttə, bunun qarşılığı olaraq, NATO-dan, Avropadan eyni münasibəti görməliyik.

Bilirsiniz, biz Rusiyadan S-400-ləri aldıq. Yazda bu sistemin Türkiyədə quraşdırılması tam başa çatdırılacaq. Nöqtə. Yəni bu məsələ burada bağlanıb. Türkiyənin özünü qoruma haqqı var və bu, NATO-dakı üzvlüyümüzə problem deyil”.

Akar İdliblə bağlı Rusiya ilə dialoqun davam etdiyini də deyib: “İdlibdə güc sərf etməklə də olsa, atəşkəsi təmin edəcəyik. Bizim A, B, C planlarımız hazırdır, yeri gəldikcə, tətbiq olunacaq. Biz Soçi razılaşmasının arxasındayıq, sadəcə, tərəflər (Rusiya və İranı nəzərdə tutur -red) buna əməl etsin”.

Rusiya ilə münasibətlərin İdlibdə necə tənzimlənəcəyi haqda suala gəldikdə isə, nazir deyib ki, “bizim Rusiya ilə qarşı-qarşıya gəlmək niyyətimiz yoxdur”.(strateq.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password