Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

 

Son günlər müzakirə olunan məsələlərdən biri də müharibə veteranlarının müavinətinin 80 manat olmasıdır. İstər ictimaiyyət, istərsə də veteranlar hazırda ödənilən 80 manatın az olduğunu bildirirlər.

Görəsən, müharibə iştirakçılarının aldığı müavinət artırılacaqmı?

Deputat Siyavuş Novruzov açıqlamasında bir çoxlarının təqaüdlə müavinəti qarışdırdığını bildirib.

O, veteranların aldığı 80 manatın təqaüd deyil, müavinət olduğunu qeyd edib:

“Keçmişdə müharibə iştirakçıları ictimai nəqliyyatdan ödənişsiz istifadə edirdilər, işıqpulu ödəmirdilər. Sonra özəl sektorların inkişafı ilə əlaqədar dövlət veteranlara müəyyən miqdarda vəsait ayırdı ki, onlar özləri ödəniş etsinlər. Ona görə də təxminən 200 minə yaxın müharibə iştirakçısı 80 manat müavinət alır. Hətta onlar haradasa çalışsa, əlavə gəliri olsa belə, yenə həmin pulu alırlar. İnsanlar birdəfəlik bilməlidirlər ki, o məbləğ veteranlara yaşayış üçün deyil, kommunal və nəqliyyat xərcləri üçün verilir. Amma buna baxmayaraq, biz yenə də bu məbləğin artırılmasının tərəfdarıyıq”.

Deputat deyib ki, nəqliyyat və kommunal xərclər artdığı üçün veteranların da müavinətləri artırılacaq:

“Fikrimcə, müharibə iştirakçılarının müavinətləri 130-150 manat aralığında olacaq. “Veteranam” deyib, sui-istifadə etmək də olmaz. Bu gün elə veteran var ki, həkim, müəllim, sürücü, hansısa müəssisədə mütəxəssis olaraq çalışır. Lakin yenə də 80 manat müavinətini alır və almalıdır. Qeyd edim ki, əlillik dərəcəsi olan şəxslər dövlətdən təqaüd alırlar. Bəziləri qəsdən veteranların aldığı 80 manatı təqaüd kimi qələmə verib, araya narazılıq salırlar”./globalinfo.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password