Bu şəxslərə əsas olmadan sığorta ödənişi edilib

 

Hüquqi əsaslar olmadan Aqrar Kredit İnkişaf Agentliyinə faydalanan şəxs kimi sığorta ödənişi edilib.

Bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində qeyd edilib.

“Hər hansı hüquqi (rəsmi) əsaslar (o cümlədən, ikitərəfli qaydada təsdiqlənməklə hüquqi qüvvəyə malik sənəd (müqavilə və ya şəhadətnamə)) mövcud olmadığı halda Aqrar Sığorta Fondu tərəfindən dövlət orqanı olan Aqrar Kredit və İnkişaf Agentliyi aqrar sığorta hadisələri çərçivəsində “faydalanan şəxs” qismində tanınmaqla “sığorta ödənişi” adı altında büdcə səviyyəsinin kodu 7 olan müvafiq (yəni, dövlət büdcəsinin gəlir və xərclərində iştirak etməyən) xəzinə hesabına 676,7 min manat məbləğində vəsaitin köçürülməsinə yol verilmişdir ki, bu da 50,0%-i dövlət büdcəsindən maliyyələşdirilən sığorta haqlarından əldə olunan maliyyə resurslarının istifadə təyinatının pozulması deməkdir.

Qeyd etmək lazımdır ki, həmin vəsaitin köçürülməsi əməliyyatları çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyi müvafiq maliyyə (mühasibat) uçotu registrlərində debitor və (və ya) kreditor şəxs kimi tanınmamış (tanınması üçün hüquqi (rəsmi) əsasın olmadığı səbəbindən haqlı olaraq köçürmələr maliyyə (mühasibat) uçotu registrlərində “aqrar sığortalı” şəxslərin adı altında əks etdirilib”, – deyə nömrədə qeyd olunub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password