Bakı və İrəvan arasında yeni gərginlik… – Zaxarova

 

Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qarabağda münaqişənin kəskinləşdiyi dövrlərdə Ermənistana kömək etmədiyi barədə bəyanatlar yalandır.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Zvezda” kanalının efirində deyib.

O qeyd edib ki, Qərb dövlətləri Ermənistanın Qarabağdan rəsmən imtina etməsi mövzusunu irəli sürüblər və NATO-nun diktəsi ilə imzalanmış sənədlərdə tanınmamış respublikanın sakinlərinin hüquqları heç bir şəkildə təsbit və təmin edilməyib:

“Lakin rəsmi İrəvan dedi ki, bütün bunlar Rusiya və KTMT-yə görədir. Bu fikri söyləyən və yayanların hamısını yalan danışmaqda ittiham edirəm. Bu, doğru deyil, yalandır. Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib”, – Zaxarova bildirib.

Rusiya XİN rəsmisinin sözlərinə görə, Rusiya və Prezident Vladimir Putin bu regionda qan tökülməsinin və genişmiqyaslı müharibənin başlanmasının qarşısını almaq üçün dəfələrlə bütün siyasi və şəxsi imkanlardan istifadə edib, o cümlədən Ermənistan vətəndaşlarını xilas edib.

O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında yeni gərginlik İrəvanın AB, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməyə nə dərəcədə imkan verməsindən asılıdır.

     

    Login

    Welcome! Login in to your account

    Remember me Lost your password?

    Lost Password