İsrail buna görə vurur, tədbir görməliyik
İsrail Suriyada keçirdiyimiz iclaslar barədə əvvəlcədən məlumatlı olur.
Bunu İran parlamentinin üzvü Əlirza Pajfitrət deyib.
O bildirib ki, bu səbəbdən kadrların həyatını qorumaq məqsədi ilə iclaslar başqa ölkələrdə keçirilməlidir:
“Təəssüflər olsun ki, biz bir sıra təcrübəli hərbi qüvvələrimizi itirdik və bu məsələ İslam İnqilabı Keşikçiləri Korpusunu kadrlarının itirilməsinin qarşısını almaq üçün lazımi tədbirlər almağı tələb edir”, – parlament üzvü vurğulayıb.
Qeyd edək ki, ötən gün İsrailin müdafiə ordusunun Dəməşqdə İran konsulluğuna endirdiyi zərbə nəticəsində 7 SEPAH komandiri həlak olub.