2024-cü il futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib
Polşa millisi millisi futbol üzrə Avropa çempionatında iştirak hüququ uğrunda final pley-off matçında Uelsə qalib gəlib.
Polşa yığması turnirin final mərhələsinin sonuncu iştirakçısı olub, bundan əvvəl Gürcüstan və Ukrayna komandaları analoji uğura imza atıblar.
Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə polşalı futbolçular daha dəqiq olub – 5:4.
Gürcüstan yığması da Almaniyada keçiriləcək qitə birinciliyində iştirak edəcək.
Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında gürcü futbolçular daha dəqiq olublar – 4:2.
Gürcüstan millisi ilk dəfə Avropa çempionatının final mərhələsində çıxış edəcək.
Təsnifat turnirinin nəticələrinə əsasən çempionatda 20 iştirakçı müəyyən edilib, 21-ci isə yarışın ev sahibi kimi avtomatik olaraq final hissəsində yer alan Almaniya komandasıdır.
Püşkatmanın nəticələrinə əsasən komandalar aşağıdakı ardıcıllıqla qruplara bölünüb:
A qrupu
Almaniya, Şotlandiya, Macarıstan və İsveçrə;
B qrupu
İspaniya, Xorvatiya, İtaliya və Albaniya;
C qrupu
Sloveniya, Danimarka, Serbiya və İngiltərə;
D qrupu
Polşa, Niderland, Avstriya və Fransa;
E qrupu
Belçika, Slovakiya, Rumıniya və Ukrayna
F qrupu
Türkiyə, Gürcüstan, Portuqaliya və Çexiya.
Hər qrupdan iki ən yaxşı komanda və ən yaxşı nəticə göstərərək üçüncü yeri tutan dörd komanda Avropa çempionatının 1/8 final mərhələsinə yüksələcək.
Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.