Ölkədə panika başladı – “Türklər gəlir, ələ keçirəcəklər”
Türkiyə artıq KAAN-la dünyada 5-ci nəsil döyüş təyyarəsi istehsal edən dörd ölkədən biridir. KAAN-ın bu uğuru bazardakı payları və yerlərini itirmək istəməyən ölkələri narahat etməyə başlayıb.
Çin mətbuatı KAAN-ın dünya bazarında J-35-lər üçün ciddi rəqib olacağını yazır.
Çinin nüfuzlu “Zaker” nəşri məsələ ilə əlaqədar oxucularının qarşısına “KAAN J-35-lərin müştərilərini özünə çəkmək istəyir?” adlı məqalə ilə çıxıb.
Mənbə Türkiyənin dünyada 5-ci nəsil döyüş təyyarəsi hazırlayan dördüncü ölkə olduğuna diqqət çəkib.
Məqalədə KAAN-ın səsdən sürətli və yüksək manevr qabiliyyətinə malik olduğu, öz rəqibləri ilə müqayisədə radar sistemindəki yenilik və üstün cəhətləri vurğulanıb. Nəşr yazır ki, türk qırıcısının görünməzlik səviyyəsi Çin, ABŞ və Rusiyadan olan rəqibləri ilə daha yaxşıdır.
Məqalə müəllifi bildirib ki, Türkiyə “Bayraktar TB-2” PUA-ları ilə olduğu kimi, KAAN-la da Çinin silah satışından pay ala biləcək.
Pakistanla əməkdaşlığın xatırladıldığı təhlildə KAAN-ın rəqabət baxımından Çin təyyarəsi J-35-ə təzyiq edəcəyi, bazarlardakı yerlərini ələ keçirəcəyi ilə bağlı şərh də diqqət çəkib.