MSK bu dairələrin araşdırılması üçün qərar verdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş parlament seçkiləri ilə əlaqədar bir neçə Seçki Dairəsində səsvermənin nəticələri ilə bağlı müraciətlərə baxılıb.

Həmin müraciətlərin Dairə Seçki komissiyalarına (DSK) göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.

İclasda 8 saylı Binəqədi Birinci, 13 saylı Xəzər-Pirallahı, 15 saylı Yasamal Birinci, 16 Yasamal İkinci, 17 saylı Yasamal Üçüncü, 18 saylı Nərimanov-Nizami, 22 saylı Nəsimi İkinci, 29 saylı Səbail, 31 saylı Suraxanı İkinci, 32 saylı Suraxanı Üçüncü, 34 saylı Xətai İkinci, 40 saylı Kəpəz İkinci, 42 saylı Sumqayıt İkinci, 47 saylı Mingəçevir, 56 saylı Xaçmaz Kənd, 60 saylı Salyan-Neftçala, 61 saylı Neftçala, 63 saylı Sabirabad Birinci, 72 saylı Yardımlı-Masallı, 82 saylı Ağcabədi, 84 saylı Füzuli, 88 saylı Göyçay, 94 saylı Bərdə Kənd, 106 saylı Tovuz-Qazax-Ağstafa, 107 saylı Qazax, 112 saylı Qax, 118 saylı Ağdam Şəhər Seçki dairələri üzrə müraciətlərin araşdırılması üçün müvafiq DSK-lara göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password