Türkiyə analoqsuz raketlərini işə salır – Əsədin ünsürləri darmadağın edildi, Rusiya isə…
Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejiminin 63 ünsürü məhv edilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumat İdlibdəki yerli qaynaqlardan əldə edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “bu gündən etibarən əsgərlərimizə qarşı hücum olunarsa, rejim qüvvələrini her yerdə vuracağıq. Quruda və havada nə lazımdırsa, edəcəyik” açıqlamasından sonra Rusiyanın hava məkanını nəzarətdə saxladığı İdlibdə türk ordusunun necə bir yol qət edəcəyi gündəm mövzusu olub.
İdlib şəhərinin coğrafi baxımdan Türkiyəyə yaxın yerləşməsinin böyük üstünlük olduğunu bildirən hərbi mütəxəssislər 20-120 km mənzilə sahib, həssas atış edə bilən, yerli istehsallı “KAPLAN” raketlərinə diqqəti çəkir. Çoxməqsədli Raket Sistemi platformalar üzərindən atıla bilən raketlər kəskin dəqiqlik sayəsində topçu və havadan müdafiə sistemləri radiolakasiya mövqeləri, toplanış bölgələri, logistika məkanları, nəzarət, idarəetmə və xəbərləşmə sistemləri kimi hədəfləri vura bilir.
Türkiyə ordusu İdlibdə hərəkat başladarsa, SOM, Slam Er, Popeye raketləri, qurudan-quruya atıla bilən İldırım və BORA ballistik raketi kimi əhəmiyyətli silahlarından istifadə edə bilər.
Mütəxəssislərin sözlərinə görə, Əsəd rejimi hava məkanından yaxşı istifadə edə bilmir. Xüsusilə, suriyalı müxaliflərin əlində olan və çiyindən atıla bilən MANPADS raket sistemi helikopter və alçaqdan uçan təyyarələri rahatlıqla vura bilir.
Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələrinin Suriya əməliyyatlarından istifadə etdiyi KORAL elektron hərbi sistemi hazırda meydanda aktiv şəkildə istifadə olunur. Hərbi avtomobillərə quraşdırılan və geniş ultrasəs dalğalarını təqib edən bu radar sistemi 200 km sahədə düşmənin radarlarına və xəbərləşmə kanallarına müdaxilə edə bilir.(publika.az)