Münxen Konfransından sonra Ermənistan artıq dalana dirənib – Sahil Kərimli

 

Münxen Təhlükəsizlik Konfransında keçirilən görüşlərdən sonra belə bir qənaətə gəlmək olar ki, Ermənistan artıq dalana dirənib. Azərbaycanın yenə də haqlı, qətiyyətli mövqeyi qarşısında artıq hansısa addım atmaq iqtidarında deyil.

Bu sözləri  siyasi şərhçi Sahil Kərimli ARB 24-ə açıqlamasında deyib.

“Ermənistan baş naziri Fransaya səfəri ona görədir ki, bu cür təmasları davam etdirmək fikrindədir. Təbii ki, Makronla görüşü zamanı danışıqlarda Cənubi Qafqaz mövzusu da olacaq. Ermənistanın istəyi məlumdur, Qərbdən və Avropadan hər hansısa dividentlər qazanmaqdır. Ermənistan tərəfi öz havadarı Fransadan nəsə əldə etmək və müəyyən siyasi və hərbi dividentlərə nail olmaq istəyir”,- deyə siyasi şərhçi əlavə edib.

Qeyd edək ki, 1962-ci ildən keçirilən Münxen Təhlükəsizlik Konfransı dünyanın ən nüfuzlu dialoq platformalarından biri sayılır. 1998-ci ildən etibarən Almaniya hökuməti tərəfindən maliyyələşdirilən konfrans iştirakçıların statusuna və sayına görə, eləcə də dünyanın diqqət mərkəzində olduğu üçün özünün analoji alternativlərini xeyli üstələyir.

16-18 fevral tarixlərində Almaniyanın Münxen şəhərində 60-cı Təhlükəsizlik Konfransı keçirildi. Yubley konfransında 150-dən artıq dövlət və hökumət başçıları, xarici işlər və müdafiə nazirləri, habelə yüzlərlə siyasətçi, ekspert və jurnalist iştirak edirdi.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password