Ötən il deyə bilmirdik, indi deyirik – Nikol meydan oxuyur?

 

İlyarım əvvəl İlham Əliyev anklavlardan danışanda Ermənistandan ciddi reaksiya olmadı, amma bu gün Baş nazir Nikol Paşinyan deyir: Siz anklavlardan danışırsınız, onda mənim 32 kəndimin ərazilərini tərk edin, ondan sonra anklavlardan danışarıq.

Bu sözləri Ermənistanda hakim “Mülki müqavilə” partiyasından olan deputat Akop Aslanyan erməni mediasına açıqlamasında deyib.

“Bu o deməkdirmi ki, Ermənistan yavaş-yavaş gücünü bərpa edir və öz vətəndaşlarının təhlükəsizliyini, ərazi bütövlüyünü qorumağa hazırdır? Sadəcə dinamikaya baxın. Bizə daha 1-1,5 il vaxt lazımdır ki, qəddimizi tamamilə düzəldə bilək, türklərlə başqa cür danışaq”, – Aslanyan bildirib.

Deputat Azərbaycanın müharibə ilə hədələməsi, hərbi yolla anklavları geri qaytaracağını bəyan etməsi ilə bağlı iradlara belə cavab verib:

“Əgər müharibə yolu ilə buna nail ola bilsəydilər, bunu çoxdan edərdilər. İndi şantaj edirlər, deyirlər ki, anklavlardan əl çəkməsən, zorla alacam. Əsl şantajçı Azərbaycandır”.

O, əmin olduğunu bildirib ki, azərbaycanlılar “Ermənistan ərazilərini” tərk etmədikcə, Ermənistan heç bir anklav verməyəcək:

“Baş nazirin açıqlamalarını izləsəniz, sözlərimizin nə qədər inamlı olduğunu görəcəksiniz. Bunun əsasında ölkəmizin iqtisadi, siyasi, hərbi və bütün digər sahələrdə ləng, lakin dəqiq və konkret inkişaf əldə etməsi dayanır. Bu gün ölkəmiz yavaş-yavaş, lakin aydın şəkildə belini düzəldir. Türk sərhədlərimizi necə möhkəmləndirdiyimizi görür. 1-2 ildən sonra o, heç bizimlə belə danışa bilməyəcək.

Bu gün hərbi büdcəmizə Azərbaycandan daha çox pul ayrılır. Bizim büdcəmiz Azərbaycanın büdcəsinin yarısı olsa da, onların ərazisi bizdən 3 dəfə böyükdür”.

Qeyd edək ki, Ermənistan Baş naziri ötən il verdiyi açıqlamada anklavların “dəyişdirilməsi” məsələsini gündəmə gətirmiş, buna baxmayaraq, Azərbaycanın işğalda saxlanılan 8 kəndinin Ermənistanın “29,8 min kv.km ərazisinə” aid olmadığını etiraf etmişdi. Azərbaycan işğalda olan 8 kəndin 4-nün tam sərhəddə olduğunu və anklav olmadığını bildirdikdən, onların qaytarılmasını tələb etdikdən, digər 4 anklavın müzakirəsini sonraya saxlamağa hazır olduğunu elan etdikdən sonra isə Nikol Paşinyan guya 32 kəndin üzərindəki yüksəkliklərdə Azərbaycan Ordusunun dayandığını iddia edərək, əvvəlki mövqeyindən və sözündən imtina yolunu tutub./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password