DSX-nin qisas əməliyyatı: İrəvan nəticə çıxarmadı

 

Dövlət Sərhəd Xidmətinin 13 fevralda qisas əməliyyatı keçirməsi doğru addımdır.

Bu sözləri politoloq Elxan Şahinoğlu 12 fevralda erməni snayperin atəş açması və hərbçimizi yaralamasına cavab olaraq keçirilən qisas əməliyyatının zəruri olub-olmadığı barədə suala cavabında deyib.

O bildirib ki, Ermənistan Müdafiə Nazirliyi atəşin erməni hərbçisi tərəfindən açıldığını etiraf etsə və həmin hərbçini cəzalandıracağını açıqlasa da, təxribatçıların zərbə ilə cəzalandırılması qərarı bir neçə səbəbdən doğrudur:

“Birincisi, snayper atəşi cavabsız qalsaydı, sonrakı günlərdə başqa erməni snayperlər də Azərbaycan ərazisinə atəş açmağa həvəslənəcəkdilər.

İkincisi, erməni postunun darmadağın edilməsi Ermənistanın Baş naziri Nikol Paşinyana mesaj idi ki, o, sülh sazişinin imzalanmasını yubatmaqla gərginliyin artmasına şərat yaradacaq, bu isə həm ona, həm də ölkəsinə baha başa gələcək.

Üçüncüsü, DSX-nin məhv etdiyi “Yerkrapa” terror təşkilatının üzvləri idi. Bu, Paşinyana digər mesaj idi ki, “Yerkrapa”nı sərhəddən uzaqlaşdırıb tərk-silah etməsə, Ermənistan üçün ağır nəticələri olacaq insidentlər yenə yaşanacaq”.

Politoloqun sözlərinə görə, əslində Nikol Paşinyan son insidenti əlində rəhbər tutaraq ordu üzərindəki nəzarəti gücləndirə bilər:

“Təsadüfi deyil ki, məlum insidentdən sonra Ermənistan ordusunda müxtəlif təyinatlar həyata keçirilib. Ancaq sərhəddəki olaydan bir gün sonra Ermənistana məxsus pilotsuz uçuş aparatının Kəlbəcərdəki mövqelərimiz üzərində kəşfiyyat aparmaq cəhdi onu göstərir ki, qarşı tərəf hələ gərəkən nəticələri çıxarmayıb”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password