Ərdoğan: ABŞ Türkiyənin F-16 qırıcılarının satışı ilə bağlı tələbini yerinə yetirib

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresinin Ankaraya F-16 qırıcılarının satışı ilə bağlı sazişi təsdiq etdiyini təsdiqləyib.

TRT Haber”in verdiyi xəbərı görə, dövlət başçısı bu barədə Ankarada onun sədrliyi ilə keçirilən hökumətin iclasının yekunu üzrə müvafiq bəyanatla çıxış edib.

ABŞ-nin Ankaradakı səfiri Jeffrey Flake ötən bazar günü Konqresin Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasını təsdiqlədiyini açıqlayıb.

“F-16 ilə bağlı müraciətimizin ABŞ-nin müsbət qərarı ilə nəticələnməsinə şadıq. Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Türkiyənin müdafiə sənayesi daha intensiv inkişaf edəcək”, – Ərdoğan bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan fevralın 10-dək ABŞ Konqresindən döyüş təyyarələri ilə bağlı qərar gözlədiyini bildirib. O qeyd edib ki, Ankara ilə Vaşinqton arasında ilkin razılıq var. Razılıaşmaya əsasən Türkiyə parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqlədikdən sonra ABŞ F-16-nın satışı ilə bağlı tədbirlər görəcək. Qanunverici orqan yanvar ayında Stokholmun ratifikasiya protokolunu təsdiqləyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password