Binəqədi rayonunda məntəqələr növbədənkənar prezident seçkilərinə tam hazırdır

 

Ölkəmizin siyasi həyatında çox mühüm önəm daşıyan prezident seçkilərinə çox az vaxt qalır. Artıq prezidentliyə namizədlərin təbliğat, təşviqat kompaniyasına start verilib. Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqat aparılır.

Yurdumuzun hər yerində olduğu kimi, paytaxtımızın Binəqədi rayonunda da bu mühüm siyasi kampaniyaya ciddi hazırlıq görülüb. Rayonun qəsəbələrində, küçə və prospektlərində “7 fevral 2024-cü il prezident seçkiləri günüdür. Hamılıqla səs verək!” sözləri yazılmış plakatlar diqqəti cəlb edir.

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar yanvarın 17-də 9 saylı Binəqədi ikinci seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər keçirilib. Yanvarın 22-dək davam edəcək təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığını, peşəkarlığını artırmaqdır. Treninqlərdə 38 məntəqədən 228 nəfərin iştirakı nəzərdə tutulub.

Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təlim kursunda iştirak edən Rizvan Vəlisoy, Kəmalə Hacıyeva aparırlar.

MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə otağının təşkil edilməsi qaydası, seçki günü müşahidəçilərin hüquqları, səsvermə günü məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının mürəkkəblə işarələnməsi, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və s. ilə bağlı məlumatlar verilir. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilir.

Qeyd edək ki, treninqlər 8 saylı Binəqədi birinci, 10 saylı Binəqədi üçüncü, 11 saylı Binəqədi- Qaradağ seçki dairələrində də keçirilir.

Dairə seçki komissiyasının sədri seçkilərə hazırlıq işlərinin uğurla davam etdiyini, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını deyir. Məntəqələr seçki kabinələri, təşviqat, məlumat, seçici siyahısı lövhələri, generatorlar, elektrik fənərlərı, daşınmaz və daşınan seçki qutuları, qeydiyyat dəftərləri, Seçki Məcəlləsi, Prezident seçkiləri ilə bağlı təlimatlarla təmin olunub. Sağlamlıq imkanları məhdud seçicilər də diqqətdən kənarda saxlanılmayıb. Belə ki, həmin qəbildən olan vətəndaşlar üçün panduslar quraşdırılıb.

Dairəsinin 29 saylı seçki məntəqəsi Binəqədi rayonu 248 saylı tam orta məktəbində yerləşir. Qeyd edək ki, 248 nömrəli tam orta məktəb 1969-cu ildən istifadəyə verilib. Fəaliyyət göstərdiyi müddət ərzində məktəb gənc nəslin gələcəyə uğurlu addımlar atmasında böyük rol oynamışdır. Məktəb 2013-ci ildə əsaslı təmir edilmişdir və cənab Prezidentimiz İlham Əliyev məktəbin açılışında iştirak etmişdir. Tədris iki dildə- Azərbaycan və rus dillərində aparılır.Məktəbin girəcəyində təşviqat materialları asılıb. Məntəqənin sədri Xəyyam Fərəcov hazırlıq işlərinin başa çatdırıldığını, seçici siyahısının dəqiqləşdirilərək məntəqədə asıldığını, səsvermə kabinələrinin və veb kameranın quraşdırıldığını, müşahidəçilər üçün yer ayrıldığını bildirir.

Qeyd edək ki, 29 saylı seçki məntəqəsinin sədri Xəyyam Fərəcov həm də Binəqədi rayonu 248 saylı tam orta məktəbin direktorudur. O. uzun müddət Təhsil nazirliyində və Bakı Baş Təhsi İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 248 saylı tam orta məktəbin direktoru kimi Xəyyam Fərəcov üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır. Belə ki Xəyyam Fərəcov dərs də dinləyir, məktəbin təmiri, digər çatışmazlıqlarla da ciddi məşğul olur. Xəyyam Fərəcov tədrisin səviyyəsinin yüksəldilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsini əsas amillərdən sayır. Xəyyam Fərəcov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Xəyyam Fərəcov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazır bir şəxsdir.

 

Aktualinfo.org

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password