Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib, burada 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Ağentlikdən Aktualinfo.org-a verilən məlumata görə qanlı 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) rəisi, general-mayor İlqar Abbasov və SOMDA-nın şəxsi heyəti Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoymuşlar.
SOMDA-nın şəxsi heyəti adından “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulmuşdur.