Hakan Fidan İran-Pakistan toqquşması haqda: “Tezliklə…”

 

Pakistan və İran arasındakı gərginliyi azaltmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan İran və Pakistan arasında artan gərginlikdən danışarkən deyib.

“Son iki gündə Pakistan və İran arasında baş verən prosesləri narahatlıqla yaxından izləyirik. Bu gün səhər hər iki ölkənin xarici işlər nazirləri ilə danışmaq imkanım oldu, öz mövqelərini izah etdilər. Bu hərəkətlərinin səbəblərini açıqladılar. Türkiyə olaraq problemin daha da böyüməməsi və tezliklə sabitliyin əldə olunmasını tövsiyə etdik. Hər iki tərəf niyyətlərinin hadisələrin daha da yayılmasını istəmədikləri və nəzarət altına almaq olduğunu bildirdilər. Ümid edirəm ki, işlər burada qalacaq. Bu hadisələr iki qardaş ölkə arasında daha da genişlənməyəcək.

 

Türkiyə olaraq Pakistan və İran arasındakı gərginliyi azaltmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik”, – nazir vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password