Lavrov: Paşinyanın Zəngəzurdan yol verməməsi…

 

Son günlər Ermənistan və Azərbaycan liderləri ictimai şərhlərində doğrudan da Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yaratmaq mövzusuna toxunublar: Paşinyan haradasa Ermənistanın qəti şəkildə Zəngəzur dəhlizinin əleyhinə olduğunu deyib. Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın Baş nazirinin əldə etdiyi razılaşmalar çərçivəsində Zəngəzur dəhlizi heç vaxt müzakirə olunmayıb.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

Rusiyalı nazir bildirib ki, 9/10 noyabr tarixində imzalanan və müharibəni dayandıran bəyanatda bütün iqtisadi, nəqliyyat və kommunikasiyaların blokdan çıxarılacağı, daha sonra Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında hər iki istiqamətdə nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verdiyi bildirilib:

“Və bu nəqliyyat əlaqəsinə nəzarət Rusiyanın FTX-nin sərhəd xidməti tərəfindən həyata keçiriləcək. Bu, üçtərəfli formatda imzalanmış sənəddən praktiki olaraq sitatdır. Paşinyanın Ermənistan ərazisindən tranzit üçün Azərbaycandan Naxçıvana İran vasitəsilə tranzitdə istifadə olunacaq eyni şərtləri istəyir. Burada heç bir məntiq görmədim, düzünü desəm, bu marşrutları müqayisə etmək yersizdir. 2021-ci ildə Ermənistan, Rusiya və Azərbaycan Baş nazirlərinin müavinləri səviyyəsində yaradılmış üçtərəfli işçi qrupu çərçivəsində razılaşdırılıb ki, bütün əlaqələr və marşrutlar blokdan çıxarıldıqda, ərazisindən istənilən marşrutun keçdiyi ölkələr öz ərazilərində bu marşrutlar üzərində suverenlik və yurisdiksiyanı tam olaraq saxlayır. 2023-cü ilin iyununda Baş nazirin müavinləri səviyyəsində onlar ilk növbədə dəmir yolu ilə bu cür əlaqəni bərpa etmək barədə razılığa gəliblər: bu barədə razılığa gəlinib, bunu Prezident Putin İrəvanda səfərdə olarkən, Paşinyanla ayrıca KTMT sammiti çərçivəsində müzakirə edib. Yaxşı xatırlayıram ki, hər şey çox müsbət qarşılandı, amma sonra nəsə oldu. Təbii ki, başa düşürük ki, əldə olunmuş razılaşmalardan belə geri çəkilmə nadir hal deyil və bu razılaşmaların kağız üzərində tamamlanmasına nəyin mane olduğundan, Azərbaycanla Naxçıvan arasında nəqliyyatın açılması prinsiplərindən xəbərsizəm. Yaxşı bilirik ki, qərbli dostların “yaxşı” məsləhətləri Cənubi Qafqazda həmişə mövcuddur və bu məsləhət bəzən prosesin bu və ya digər iştirakçısı tərəfindən qəbul edilir”.

Lavrov qeyd edib ki, Qərbin məsləhətlərinin həmişə region ölkələri arasında onların maraqlarının tarazlığına əsaslanaraq razılaşmalar tapmağa deyil, özlərinin geosiyasi məqsədlərini irəli sürməyə yönəldiyi də hamıya məlumdur:

“Kommunikasiyaların açılması parametrləri üçtərəfli sazişdə təsbit edilib: marşrut Ermənistanın suveren ərazisindən keçir, Rusiya FTX-nin sərhəd xidmətinin nəzarəti altında Azərbaycandan Ermənistana girişdə və Ermənistandan Azərbaycanın Naxçıvanına çıxışında sərhəd və gömrük nəzarəti prosedurları da prinsipcə razılaşdırılıb”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password